Rusiyalıların çoxu miqrantların qanunu bilmədiklərini düşünürlər
İctimai Rəq Fondunun apardığı sorğunun nəticələrinə görə rusların əksəriyyəti hesab edirlər ki, miqrqantlar Rusiya qanunlarını bilmədikləri üçün öz maraqlarını müdafiə edə bilmirlər.
Rusiyalıların 71 faizi bu fikirdədir. Resondetlərin 15 faizi isə bunun əksini söyləyirlər..
Təxminən Rusiyalıların 3-dən biri işçi miqrantların rus dili, Rusiya qanunvericiliyi və rus mədəniyyətindən imtahan vermələri vacibdir. Bir qism insan isə imtahanın o qədər də vacib olmadığını, amma onlara təhsil verilməsini uyğun sayır.
Vətəndaşların fikrincə təhsili üçün vəsaiti isə onları işləməyə dəvət edən firmalar ödəməlidirlər. 43 faiz belə düşünür. 42 faiz isə miqrantın öz hesabina oxumasını təklif edir.
Bu sorğuda iştirak edən Moskva və Sankt-Peterburq əhalisinin yarıdan çoxu qeyd edir ki, miqrantlar öz mədəniyyətləri və adət-ənənələri ilə şəhərlilərdən seşilirlər və da çətinlik yaradır. Ümumilikdə Rusiya əhalisinin 35 faizi bu rəydədir.
Mədəniyyət fərqliliyi miqrantların özü üçün problem yaradır düşüncəsində olanların isə 40 faizinin fikri haçalanır. 62 faiz əgər qanunu pozmurlarsa, miqrantın öz adət-ənənəsini saxlamasının tərəfdarıdır.
İctimai Rəq Fondunun Rusiyanın 49 regionunda apardığı sorğuda 24.5 min adam iştirak edib.
/Yenises.ru/