Rusiyanın hər yerində dövlət bayraqları endiriləcək
Bu gün Rusiyada Kubanda daşqın və Çerniqovdakı qəzada ölənlərlə bağlı matəm elan edilib.
Rusiyada bu gün Kubanda daşqınlar və Ukraynanın Çerniqov şəhərində baş verən avtoqəza nəticəsində ölənlərlə bağlı matəm elan edilib. Aidiyyati fərmani prezident V.Putin imzalayıb. Rusiyanın bütün ərazisində, həmçinin xarici nümayəndəliklərində dövlət bayrağı endiriləcək. Mədəniyyət ocaqları və dövlət telekanallarına musiqili-əyləncəli verilişlərin verilməməsi tapşırılıb.
Krasnodar vilayəti də qəza qurbanalrını anır. Kuban bu günlər dağıdıcı daşqınların ən ağır zamanını yaşayir. Hətta 2002-ci ilin 6 iyulunda bir saat ərzində 3 rayonu sular altına almış faciə belə bu faciə ilə müqayisəyəgəlməzdir.
Əvvəl Gəlincik, gecə Novorossiysk, sonra isə Krimsk dağlardan gələn su ilə örtülüb. Ölənlərin sayı artmaqda davam edir. Axirinci məlumata gorə 177 adam həyatına vida etməli olub.
Dövlət başçısı Putin faciə bölgəsində olub. Putinin təcili topladığı yığıncaqda evi daşqın altında qalmışlara yeni evlər tikilməsi qərara alınıb. Vacib olan ehtiyaclar üçün büdcədən adambaşına 10 min rubl verilməsi palnlaşdırılıb. Bundan əlavə zərərçəkənlərə regional büdcədən 50 min rubl, federal büdcədən 100 min rubl ayrılıb. Ölənlərin ailəsinə isə 1milyon rubl regional və 1 milyon rubl federal büdcədən pul yardımı ediləcək.
7 iyulda daha bir faciə Kiev-Çerniqov şossesində baş verib. Rusiya zəvvarlarını aparan avtobus aşıb. Qəza nəticəsində 14 zəvvar ölüb, 29 isə yaralanıb.
Rusiyada hər iki qəzada ölənlərinin xatirəsinə matəm elan edilib. Hər yerdə Rusiya bayraqları endiriləcək!
Allah rəhmət eləsin!
/Yenises.ru/