Rusların əksəriyyəti Sovet İttifaqının dağılmasına təəssüflənir
“Levada”” sosial araşdırma mərkəzinin keçirdiyi sorğusunun nəticələrinə görə rusların çoxu SSRİ-nin dağılması əleyhinədirlər. 58 faiz nəhəng bir dövlətin parçalanmasına təəssüf edir.
Sovet İttifaqının dağılmasına təəssüflənən Rusiya vətəndaşlarının sayı 2009-cu ildəki kimi maksimum həddə- 58 faizə çatıb. Bununla bərabər, 25 faiz bundan peşman deyil, 16 faiz isə cavab verməkdə çətinlik çəkib. “”İnterfaks””ın verdiyi məlumata görə bu, “”Levada- Mərkəzi”” tərəfindən aparılan sosial sorğunun nəticələridir.
Sovet İttifaqının dağılmasına təəssüf edənlərin 54 faizi daha çox vahid iqtisadi sistemin pozulmasına, 36 faizi – nəhəng bir dövlətə aid olma şansının, 34 faizi qarşılıqlı inamın itmısinə üzülür. Sorguda iştirak edənlərin 26 faizi isə ailə və dostları arasındakı münasibətlərin pozulduğu üçün narahatdırlar.
Rusların 52 faizi hesab edir ki, Sovet İttifaqının dağılmasının qarşısını almaq olardı. SSRİ-nin dağılmasının qaçılmaz olduğuna inananlar 29 gaiz təşkil edir. 19 faiz isə bu sualın cavabını bilmədiyini deyib.
Yenises.ru
“