“Sən öldün ömrünün gənclik yaşında…”


Bu başlıq Səməd Vürgünün “Mənə belə söyləyirlər” şeirinin son misralarındandır. O bu şeirini Böyük Vətən müharibəsində son nəfəsində “Azərbaycan” şeirindən bir bənd deyib şəhid olan əsgərimizə yazmışdı. Həm də böyük ürək ağrısı ilə. Bu gün Qazaxlı şairin qapısı ağzını kəsdirmiş cəbhədə 5 əsgərimizi şəhid verdik.

Təxəyyülümü zorlayıb Səməd Vurğunu yazıma və bu qəmimizə yoldaşlıq etməyə çağırmayacağam. Çünki qana boyanan şeirlərimizin ruhu axan qanları dayandırmağa yetmir, hələ ki…

Hansı ruhu çağırsammı? Mən ruhları niyə haraylayım ki? O ruhların harayı hər birimizi yuxudan diksindirib oyatmırsa… Hələ güllə səsinə, ölüm xəbərinə soyuqqanlılıqla yanaşıb,“müharibə qanununda ölmək var”-tezisiylə sığortalanırıqsa… Hələ ölümlərin faciə olması rəqəmlərin sayından keçirsə…. Hələ cəbhədə 1 -5 əsgərin ölümü sadəsə statistik xəbər kimi deyilirsə… Hələ, hələ də, bu hələləri Azərbaycanın cəbhə xətləri boyunca uzada biləcyimiz səbəblər varsa… Və hələ də qapıları şəhid tabutları döyürsə…

Elə burada dayan deyir, qələm. Onların ucaldığı şəhid zirvəsinə yaraşmayan, qarşılarında cavabdeh olacağımız xəcalətlərimizi bir araya qoymaq günahdır. Kənardan durub bu durumun günahkarını onlara həsr etdiyim bu yazının mətləbinə yerləşdirmək haqsızlıqdır. Onların sinəsini sipər edib “Vətən üçün ölə bilirik”- qurunundan özümüzə pay cıxmaq qədər haqsızlıq…

Tünzalə Vəlıqızı


Bir cavab yazın