Saakaşvilinin maşın karvanı yumurta atəşinə tutuldu


Saakaşvilinin maşın karvanı yumurta atəşinə tutuldu
Gürcüstanın prezidenti Saakaşvilinin istefasını istəyən bir sıra qeyri-hökümət təşkilatları hökümət başçısının Zuqdidi rayonunun Narazani kəndində yolunu kəsib, onun maşınına yumurta atıblar. Gürcüstan telekanallarının verdiyi məlumata görə 20 nəfərə yaxın mitinqçilər kənddə prezidenti etiraz aksiyası ilə qarşılayıblar və dövlət başçısının sakinlərlə görüşəcəyi mədəniyyət evinin yolunu bağlayıblar. Ölkə başçısını bunun əvəzinə şəxsi evlərin birinə qonaq ediblər. Polislər yolda olan kütləni saxlamaq istəsə də, aksiya iştirakçıları Saakaşvilinin maşınına yumurta atmağa müvəffəq olublar.

Bundan əvvəl də fevralın 8-də çıxış etməsi planlaşrırılan Tbilisidəki Milli kitabxanada Saakaşvilinin tərəfdarları və rəqibləri arasında dava düşmüş, olayda “Vahid Milli Hərəkat” müxalif ət partiyasının bir neçə deputatı xəsarət almışdı.

/Yenises.ru/


Bir cavab yazın