Şamil Tağıyev: “20 yanvar şəhidlərindən biz azad yaşamağı öyrənirik””.”
“20 yanvar – Azərbaycan xalqının həm tarixi, həm də aktuallığı və əhəmiyyətini heç vaxt itirməyəcək günlərindən biridir”
Ümumilikdə, 20 yanvar faciəsi Azərbaycan tarixinin və xalqımızın yaddaşında əbədi həkk olunmuş qara günlərindən biridir. Bunu İnteraz-ın Moskva müxbirinə açıqlamasında Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun prezidenti ŞamilTağıyev bildirib.
Onun sözlərinə görə, o qanlı hadisələrdə Vətən naminə canlarından keçmiş şəhidlərimiz və 20 yanvar faciəsindən irəli gələn dərslər bizi, gəncləri, gələcək nəsli azad yaşamağa, azad bir ölkədə yaşamağa öyrətdi. “20 yanvar şəhidlərindən biz hələ də dərs alırıq, azad yaşamağı onlardan öyrənirik. Onlarda olan azadlığa sevgi, Vətənə məhəbbət bizim üçün örnəkdir və bu bütün azərbaycanlıları birləşdirir”, – deyə Ş.Tağıyev əlavə edib. Onun fikrincə, beləliklə də, 20 yanvar – Azərbaycan xalqının həm tarixi, həm də aktuallığı və əhəmiyyətini heç vaxt itirməyəcək günlərindən biridir.
Moskva, Roman Ağayev, İnteraz – 20 Yanvar 2014.