Sankt-Peterburq ali məktəb rektorunu güllələdilər
Leninqrad Vilayətinin Vsevoljsk şəhərində Sankt-Peterburq xidmət və iqtisadiyyat universitetinin rektoru Aleksandr Viktorov güllələnib. Hadisə dünən saat 20:00 radələrində baş verib.
Viktorov və həyat yoldaşı xidməti avtomobildə Yaqodni küçəsi, ev 6 ünvanındakı evlərinin yanında maşından düşərkən cinayətkar onlara atəş açıb. 3 güllə 61 yaşlı Viktorova biri isə onun həyat yoldaşına dəyib. Aldığı yaradan rektor hadisə yerində keçinib. Həyat yoldaşı isə ayağından yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisə yeində opertiv istntaq qrupu işləyir, hadisədə iştirakı olan insanların şəxsiyyəti müəyyən edilir. Bəzi məlumatlara görə onlar bir neçə nəfər olub. Şahidlər isə bir nəfəri gördüklərini deyirlər.
“Adam öldürmə” malddəsi ilə cinayət işi açılıb.
Sakt-Peterburq elm və alı məktəb dövlət komitəsinin keçmiş sədri olan Aleksandr Viktorov Sankt-Peterburq xidmət və iqtisadiyyat universitetinin rektoru vəzifəsində çalışıb. 136 elmi və elmi-metodik işin müəllifidir. “İnnovasiya” jurnalının təsisçisidir. 2003-2008 illərdə təhsil sahəsində fəaliyyətinə görə RF Dövlət mükafatı laureatı adına layiq göürülüb.
Onun 60 yaşlı həyat yoldaşı Yelena da ali məktəbə işləyib və sahibkarlıqla məşğul olmayıb. O, “Qrinpolitexnika” qeyri-ticarət təşkilatının təsisçilərindəndir.
/Yenisəs.ru/