Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb


Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış. Lakin 24 yaşlı Anastasiya Yeşenkonun qolları olan sumkanı çaya atmaq istəyərkən özü də suya düşüb. Yoldan keçən taksi sürücüsü bunu görüb və təcili kömək çağırıb. Alimi sudan çıxardanda yanındakı sumkada kəsilmiş qadın qolları olduğunu görüblər.

Oleq Sokolov tələbəsi və güman ki, sevgilisi olduğu ehtimal edilən Anastasiyanı dördüncü gün -noyabrın 7-də öldürüb. Və ertəsi günü qonaq qəbul edib. Sonra təzə mişar alıb və meyiddən qurtulmaq üçün onu hissələrə doğraıb atmağı planlayıb.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb
Sonrası da məlum. Çantanı atarkən özü də suya düşən tarixçi Moyka 82 ünvanında yaşadığı bildirilir. Hüquq mühafizə orqanlarından Ruisya KİV-nə verilən məlumata görə o, suda çox qaldığından donub və xəstəxanaya yrləşdirilib.

Oleq Sokolov qətl törətdiyini etiraf edib. Noyabrın 9-da alimin evində axtarış aparılan zaan 24 yaşlı qadının bədənindən ayrılmış başı və digər hissələri aşkar edilib.

Xəbərlərdə o da bildirilir ki, 24 yaşlı Anastasiya Krasnodar vilayətindən gəlib. O 2016-cı ildə Sankt-Peterburq universitetini fərqlənmə diplomu ilə bitirib. Anastasiya müəllimi Sokolovla Fransa tarixini araşdırırmış.

Baş verən amansız qətllə bağlı cinayət işi qaldırılıb.

Yenises.ru


Bir cavab yazın