Sankt-Peterburqda azərbaycanlıya kömək edən polis işdən qovuldu
Bir neçə gün bundan əvvəl azərbaycanlılarla taciklər arsında düşən davada saxlanlanlardan birini azad etməkdə təqsirləndirilən polisin özünü nəzarət altına almışdılar.
Azərbaycanlıya şöbədən çixmasına yardım edən polis işdən azad edilərək buraxılıb. Bu haqda RF Daxili işlər nazirliyinin Sankt-Peterburq üzrə baş idarısindən məlumat verilib.
Xatırladaq ki, görə xüsusi səlahiyyətli polis Stanislav Sinitsınə qarşı RF CM-nin 286 maddəsi ilə cinayət işi qaldırılmış və o nəzarət altına alınmışdı. Onun cəzasını polis sıralarından azad etməklə veriblər.
S.Sinitsınla birgə onun köməkçisi , o cümlədən Sankt-Peterburq Nevsk rayon 32-ci bölməsinin rəisi xidməti vəzifələrini tam yerinə yetirmədikləri üçün də işdən azad ediliblər.
/Yenises.ru/