Saratovda tanınmış biznesmen Ceyhun Cəfərov güllələndi
Rusiya mediası Saratovda tanınmış iş adamı Ceyhun Cəfərovun öldürülməsi haqqında məlumat berib. Bu haqda ilkin informasiya “SaratovOnform”” portalında dərc olunub.
Ceyhun Cəfərov Saratovun Lenin rayonu, Zoologiya küçəsindəki 37 saylı yaşayış evinin yanında güllələnib. Ehtimal olunur ki, hadisə təxminən saat 20:30-la 21:00 arasında baş verib.
Yerli mətbuatın verdiyi məlumata görə Ceyhun Eldar oğlu Cəfərov ürəyindən güllələnib. Biznesmen Lexus avtomobili ilə evinin yanındakı qarajına girərkən cinayətkar onu qapının ağzında gözləyirmiş. Şahidlərin dediyinə görə üç güllə səsi eşidilib.
Hadisə yerində polis və İstintaq Komtəsi əməkdaşları çalışırlar. Cinayətkar hadisə yerindən qaçıb. Hazırda onun axtarışı aparılır.
55 yaşlı Ceyhun Cəfərov “”Vozrojdenie-KDM”” tikinti şirkətinin baş direktoru idi. Bundan əlavə o böyük dövlət sifarişlərini həyata keçirirdi. Məsələn, Saratovda köhnə TYUZ binasını o yenidən bərpa etmişdi.