Saratovun naziri 3,5 min rubla bir ay yaşamaq olar dedi və…
Saratov vilayəti Əmək və məşğulluq naziri Natalya Sokolova 3,5 min rublun “minimla fiziki tələbat üçün”” tam yetərli olduğunu söyləyib. Bu haqda yerli “”Obşestvennoe mnenie”” ( “”İctimai rəy””) nəşri onun danışığının videoyazısını təqdim edib.
Sokolova bu deyimi vilayət Dumasının sosial siyasət komitəsinin yığıncağında işləməyən təqaüdçülərin yaşayış minimumunu qaldırmaq məsələsinin müzakirəsi zamanı səsləndirib.
İştirakçılar arasında bir ayda hansı məbləğlə keçinməyin mümkün olması ilə bağlı gərgin mübahisə gedib.
Sokolova “”minimal fikziki tələbat üçün”” 3,5 min rublun yetərli olması fikri ilə çıxış edib.
Yerli deputat Nikolay Bondarenki nazirin dediyi məbləğlə endirimli mağazalardan “”balanslaşdırılmış və pəhrizli “” menyü tərtib edib ekspriment aparmağın çox asan olduğunu bildirib.
Sonra Bondarenko “”Cvobodnıe novosti”” agentliyinə məlumat verub ki, bir ayda ərzağa 3,5 min rubl xərcləməklə yaşamaq mümkün deyil.
“”Əgər sadəcə çörək və mokoronla qidalanılarsa”” bu sağlamlığın pozulmasına və çəkinin artmasına gətirib çıxarar””-deyə o, qeyd edib.
Bundan bir müddət əvvəl Rusiya Əmək nazirliyi 2018-ci ilin ikinci rübündə yaşayış minimumunun Rusiyada 10444 rubla qaldırmaq fniyyətində olduğunu bəyan etmişdi.
Yenises.ru“