Sergey İvanov karyerasının bitdiyini deyir
Kreml administrasiyasının başçısı Sergey İvanov Rusiyanın aparıcı qəzetlərinə müsahibəsində özünün karyerası, ötən seçkilər, ABŞ -Rusiya münasibətləri, Suriya məsələsi, hətta prezidentlə aralarındakı olan söhbətlərdən danışıb.
O özünün karyerası haqqındakı sualı cavablandırarkən, “mənim karyeram çoxdan yoxdur, o sona yetib”-deyib. Kremldə prezidentdən sonra ikinci bir adamdan söhbət etməyin məntiqsiz olduğunu vurğulayan İvanov- “Necə iki nömrəli sima olmaq olar. Bu məgər kosmonavt-dublyordur”-söyləyib.
O, “indidən 2018-ci il seçkiləri” haqqında danışmağı əsassız saydığını da bildirib. “Hələ o beş ili yaşamaq lazımdır. Düşünürsünüz ki, prezident oturub mənimlə 2018-ci ildə nə olacağını müzakirə edir? ”–deyən Kreml administrasiyasının rəhbəri onu da etiraf edib ki, onlar gələcəkdən danışırılar, lakin uzaq gələckdən yox.
“Hərdən Putinlə isveç dilində danışırıq. Prezident almanca yaxşı danışır, mən isə ingiliscə yaxşı bilirəm. Isveç dili düz bunların arasındadır; “o hasısa ifadəni deyir, mən də cavab verirəm”-deyə prezidentin filoloq olmasa da, dil və dil haqqında elmlərə maraqlı olduğunu söyləyib.
Rusiya-ABŞ münasibətlərindəki istilik mümkündürmü?-sualına İvanov cavab verərəkən qeyd edib ki, onun amerikalılarla hər zaman isti münasibəti olub.
“Prezident yaxşı dedi: Elə fikirləşməyin ki, biz amerikalıların xoşuna gəlmək istəyirik, amerkalılarsa bizim ”. Obyektiv səbəblərə görə biz ciddi şəkildə kütləvi qırğın silahlarının yayımlanmaması əleyhinə əməkdaşlıq edirik. Bu məsələ ilə hər iki dövlət qanına qədər maraqlıdır. Amma raket əleyhinə müdafiədə əməkdaşlıq baş tutmur, çünki burada maraqlarımız ayrılır-deyib İvanov.
Prezident administrasiyasının başçısı Vladislav Surkovun Kremlə qayıtması məsələsinin həllinə aydınlıq gətirərək onun qayıtmasının bir ay əvvəl qərara alındığını söyləyib. O, prezidentin köməkçisi Tatyana Qolikovanın yerində çalışacaq.
“Sobyaninin seçiləcəyini xalqın çox hissəsi əvvəlcədən proqnozlaşdırmışdı” fikrinə isə İvanov belə cavab verib. Demək vəziyyət stabildir.
Beynəlxalq problemə dönən Suriya məsələsinə gəlincə, İvanovun sözlərinə görə ABŞ bu ölkədə muxalifətin oturub danışıla biləcək hissəsini arayır. “Orada çoxdan hökümətlə müxalifət arasında müharibə yoxdur, müxalifət minimum 5 bir-birindən asılı olmayan, lakin bir-birinə nifrət edən fraksiyadan ibarətdir. Qərb ola bilsin müxalifəti bölmək istəyir. Amma “Əl-Qaidə” və digər ekstremistləri “Cenevrə-2” danışıqlarına inandırmağa cəhd etmək əbəsdir. “Əl-Qadiə” Suriyanın daxilindəki müxalifətdən qat-qat güclüdür. Əgər belədirsə, o zaman əvvəlcə müxalifəti iki hissəyə bölüb, bir hissəsini Əsədin nümayəndəsi kimi “Cenevrə-2”-yə dəvət etmək lazimdir, bir də belə demək mümkünsə, ağlı başında olan müxalifəti. Və danışıqlara başlamaq lazimdir ”-deyə əminliklə söyləyib.
Ayxan Azəroğlu
/Yenises.ru/