Sergey Udaltsov ev dustağı oldu


Sergey Udaltsov ev dustağı oldu
Udaltsovun internetini kəsib, telefonunu bağladılar. Meydanda danişmaq limitini doldurdun, indi bir az evdə otur və sus, aranı da qarışdırma!!! Moskva məhkəməsi muxalifətçiyə belə cəza verdi.
O evdə internetsiz və telefonsuz oturacaq.

Moskvanın Basmannı məhkəməsi “Levıy front”un (“Sol cəbhə”) koordinatoru Sergey Udaltsovdan yazılı izahat alaraq seçdiyi ev dustaqlığı qəti-imkan tədbirində dəyişiklik edib. O 6 ay ərzində cəmiyyətədn təcrid edilib.

Şənbə günü ona evi tərk etmək, internet və telefonla danışmaq və poçtdan istifadə etmək qadağan edilib. Bundan başqa onun ünsiyyət dairəsi də məhdudlaşdırılaraq, sadəcə vəkili və yaxın qohumları ilə danışmağa icazə verilib.

Müxalifətçinin müdafiəçiləri dərhal Moskva şəhər məhkəməsinin qərarına şikayət edəcəklərini bildiriblər. “Əgər qonşular onu görmürsə, bu o demək deyil ki, o evdə yaşamır, mən onun ev dustağı şərtlərinə aməl etməsinə nəzarət edirəm və dəqiq bilirəm ki, o evdə yaşayır”-deyə vəkil Violetta Voklova qeyd edib.

Sergey Udaltsov xarici mənbələrdən vəsait alaraq kütləvi ixtişaşlar törətməkdə və ötən ilin mayında Bolotnı meydanında polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə günahlandırılır.

/Yenises.ru/


Bir cavab yazın