Sevgi əfsanə olmalı!


Sevgi əfsanə olmalı!

Əfsanə, dillərə dastan sevgilərin müəllifi sevənlərdir. Əslində sevgi hər kəsin yaza biləcəyi bir dastandır. Hər sevgi bir əfsanəyə hamilədir. Onun təlqininə görə sevgi üğruna ölmək var. Ölmək-can vermək var. Bu can verməkdə yeni bir həyat vermək var! “Can verənlər ölməz, can bağışlayır, yaşadırlar”- ismarıcı var. Və…Sevgiyə gün-Sevənlər günü! Çox şeyi bir günlə məhdulaşdırıb, ildə bir dəfə yada salmağı həyat vərdişinə çevirdiyimiz dünyada sevginin vərdişində olduğu yeri tərk etməmək var. Var, var, var!!!

Sonunda “var” olan cümlələri bu an canlı edən, var edən də yoxluqlarında var olanlardır, onların qoyub getdiyi Sevgidir! “Məndə olan aşikar, sənsən, mən yoxam yox, ol ki var, sənsən!””-buradan yola çıxdı o sevgi. Biz sevgini dastanlardan oxuyub, Məcnun sevdasına, Kərəm yanğısına ağlayarkən, Onlar bizə uzaq əfsanəni yaxın etdilər.

Siz də bu mövzuya yaxın olun. Bir ayın sonu, yeni bir ayın başlandığı gündə tarix olanın özündə daşıdığı bir mistikaya baxın. 30 iyun! Bir tarixin sona yetib, o birinin başlanmasında Ikinin qovuşması, görüşməsi var, “”İlham- Fərizə”” dastanında.

Böyük sevgilərdən gedir söhbət. Bu sətirləri oxuyub indi qəlbinizdən yəqin ki, bunu keçirdiniz, çünki belə düşünüb, belə dedik o sevgilər üçün. Halbuki bir agacın gövdəsinə cızdığımız adlarımızın qoşalaşan baş hərflərindənmi, partanın üstünə yazdığımız sözdənmi, deyə bilmədiyimizi oğrun baxışla anlatdığımızdanmı, rastlaşanda qəblimizin sinəmizdən çıxıb daha səsli çırpıntısındanmı, hardan başladı, sevgi? İndi kitab arasından boylanan bir zaman saçımıza taxılan gülün qurusunda xatırlayıb kövrəldiyimiz xatirələri dilləndirən o yerdən başlanıb, bəlkə. Hər mərhəm sevgi hekayəsinin eyni ahəngdə, eyni dildə səslənməsi varkən, onun qarşısına söz qoyulmaz! Qarşısında heç bir qüvvənin dura bilmədiyi kimi. Məncə, sevgi elə bir hiss, elə bir məhfumdur ki, onun ucalığını, böyüklüyünü göstərmək üçün qarşısına qoyulacaq sözə belə qarşıdır. Qarşısındakı sədlərə, sərhədlərə qarşı olan, olanları əzib geçən sevgi qarşısına o sözlərlə keçilməz. Böyüklük sevginin mayasındadır. Mayasında böyüklük olanlar üçün ona qoşulanlar qoşqu, yedək, yük olar sadəcə. “”Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin? ” dəyərində, “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni, bir dəm bəlayi eşqdən etmə cüda məni”- naləsində yaşanan sevgi özü boyda dünya yükünə çiynini verəndir!

Yedəkli olan sevginin axrasında sürüdüyü, süründürdüyüdür ki, ona da bu gün sevgi deyirlər. Günlük sevgi. O üzdən əsl olanın bir günlə məhdudlaşan Günü olmur! Sevgisinə heykəl qoyulub bir əfsanəni daha bizə göstərən xüsusi gündür! Bizi hər gün belə bir sevgiyə, fədakarlığa səsləyən bu gün sonu ölümlü olan sevgilərə səsləmir. Sonunda həyat olan bir günə, sevginin yönündən, yolundan çıxmamağa səsləyir. Sevgi müqəddəs olduğunu göstərməklə, müqəddəslərə yalandan and içilməz deyə yalandan onu etiraf etməməyə çağırır. Onu vasitə edib insanların içində olan sevgiləri öldürmək üçün Ondan istifadə etməyin- deyir.

Hər birimizin içində bizə təmənnasız xidmət edən, qəlbimizi ruhlandıran, bizi ilhamlandıran, yoxluğunda sıxıldığımız, darıxdığımız sevgiylə sevərək rəftar edək, Onun pak qalması, əfsanəyə dönməsi üçün Onu qoruyaq! Ən azından onu bizə əmanət qoyanların xətrinə… Bu günün xətrinə…

Tünzalə Vəliqızı
30.06.2013


Bir cavab yazın