Şirvan Kərimov Azərbaycanda və Rusiyada mükafatlandırıldı
Beynəlxalq aləmdə Azərbaycan Respublikası ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında səmərəli fəaliyyətinə görə xaricdə yaşayan bir sira ictimai xadim “Diaspora fəaliyyətində xidmətinə görə” medalı ilə təltif olunub. Təltif olunanlar sırasında Samara vilayəti Azərbaycanlıları Liqasınən rəhbəri Şirvan Kərimovun da adı var.
Xatırladım ki, bir neçə gün bundan əvvəl Şirvan Kərimov Samara vilayəti quberniya dumasının “Qanuna xidmətə görə” medalına və qubernator Dmitri İqoroviç Azarovun “İnsanlara xidmətə görə” xatirə nişanına layiq görülüb.
Soydaşımız Şirvan Kərimovou Yenises.ru mətbu orqanı olaraq biz də təbrik edirik!
Yenises.ru