“Xəzər-Lənkəran” heç-heçə oynadı


Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”” “Fırtınalar meydanı”da ilk oyununu keçirdi. İndiyə qədər Avro kuboklarda bir dəfə də olsun belə mərhələ keçə bilməyən və həm də qələbəyə həsrət qalan komandamız Estoniyanın “Nomme Kalyu” klubu ilə sülh bağlayaraq ikinci mərhələyə keçidini çətinləşdirdi.

Oyunda erkən qol rəqib komanda tərəfindən gəldi. 5-ci dəqiqədə Vakuy komandasını hesabda irəli çıxardı. Buna baxmayaraq ilk qoldan bir dəqiqə sonra Yunis Hüseynovun komandası Subaşiçin baş zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi. Görüşün 30-cü dəqiqəsində Skarlatake komandamızı vurduğu qolla irəli çıxardı.

Oyunun ikinci hissəsinə komandamız fəal başladı. Lakin oyunun 70-ci dəqiqəsində Puri vurduğu qolla komandamızın sevınməsinə imkan vermədi. Oyunun son iyirmi dəqiqəsində tərəflər hücümlar qursalar da hesab dəyişməz qaldı.

Avroliqa I təsnifat mərhələsi

İlk oyun
5 iyul
“”Xəzər Lənkəran”” (Azərbaycan) – “”Nomme Kalyu”” (Estoniya) – 2:2
Qollar: Branimir Subaşiç, 6


Bir cavab yazın