Soçidə Olimpiada tikintisində işləyən 240- yaxın adam kirli corablar üstündə dalaşıblar
Krasnaya Polyanadakı “Qornaya karusel” idman-turist kompleksində məişət zəminində olimpiada obyektləri tikintisində işləyənlər arasında dava düşüb. Bu haqda “Bloq Soçi” portalı məlumat verib.
Yerli sakinlərin dediyiniə görə davaya səbəb kirli corablar olub. Münaqişədə 240-a yaxın (çoxu Tacikistandan olan) işçi iştirak edib, hadisə yerinə polis patrul xidmətinin, xüsusi təyinatlı polis idarəsinin və miqrasiya xidmətinin əməkdaşları çağırılıb.
Adler şəhər məhkəməsi nəzarətçilərin müşaiyəti ilə dava edən 238 nəfəri 3 avtobusla polis bölməsinə aparıblar. Davaya təhrik edən beş nəfər polisə müqavimət göstərdiyi üçün 10 sutka həbs ediliblər. Qalanları isə bir gecəlik cəza alıblar.
/Yenises.ru/