Sovet dövrünün “drujinnik”ləri yenidən qayıdırmı?
Bu təkliflə Rus Cəmiyyəti Konqresi çıxış edib. Onlar bu yolla Rusiyada milli-münaqişənin qarşısını almaq fikrindədirlər.
Hazirda nazir muavini olan Dmitri Roqozinin təməlini qoyduğu Rus Cəmiyyəti konqresinin (RCK) təmsilçiləri Rusiyanın şəhər küçələrində patrulluq edəcəklər. Bununla onlar millətlərarası-münaqişənin qarşısını qismən də olsa almaq niyyətindədirlər.
Rus Cəmiyyəti Konqresinin rəhbəri, “Yeninaya Rossiya”dan seçilmiş dövlət Dumasının üzvü Alkesey Juravlyov “İzvestiya”ya açıqlamasında hərəkat üzvlərinin milli-münasibətlər gərgin oln yerlərdə patrulluq edəcəyini deyib. Təşkilat
“Rusiyanın münaqişəli yerləri xəritəsi”ni hazırlamağı nəzərdə tutur. Rusiyada təhlükəli yerlər nə bir, nə də ikidir. Buna göz yummaq olmaz, haçansa bir yerdən partlayacaq və sonra gec olacaq. Əslində onsuz da partlayır. Bunu görmürmüş kimi göstərmək sadəlövhlükdür-deyə Juravlyov bəyan edib.
Rus Cəmiyyəti Konqresi “ millətlərarası harmoniya” könüllü manqaları yaratmağa hazırdır. Vacib durumlarda hüqüq-mqhafizə oraqanlarına kömək edəcik. Bizim əsas vəzifəmiz küçələrdə patrulluq etməklə yanaşı, münaqişə haqqında xəbərdarlıq etməkdir və bunu müxtəlif diaspora nümayəndələri ilə birgə həyata keçirmək fikrimiz var-deyə deputat buna aydınlıq gətirib.
Könüllülər yaxın zamanlarda küçələrə çıxmağı planlaşdırır. Juravlyov onu da vurğulayıb ki, patrulların əliboş gəzməsi, hamını söz və baxışla inandıra bilməsi doğru deyil. Qanuni yol tapib onları silahlandırmaq fikrindədirlər.
Ekspertlər bunu skepkitcəsinə qarşlıayıblar. Onlar konfliktli yerlərin xəritəsinin çəkilməsinin absurd olduğunu deyirlər. “Belə ki, bu mümkünsüzdür, çünki hər künc, dalan münaqişəli yer ola bilər. Yaşadığımız ölkədə etnik tərkib pərakəndıə şəkildə səpələnib. Adi məişət münaqişəsindən belə milli münaqişə törəyə bilər”. Moskva elmi mərkəzi şurasının üzvü Karnegi Nikolay Petrov belə düşünür.
O küşələrə patrullar çıxartmaq ideyasını gərəksiz sayıb. Onun əvəzinə Daxili İşlər nazirliyi strukturunda böyük islahatlar aparmaq laziımdır.
/Yenises.ru/