Spiegel: Rusiaylı diplomatın Almaniyadakı səfirliyin pəncərəsindən düşüb ölüb


“Spiegel” qzəeti polis qurumlarından verilən xəbərə  istinadən yazıb ki, rusiyalı diplomat Berlindəki səfirliyin konsulluq şöbəsinin binası yaxınlığında ölü tapılıb.

Hadisə oktyabrın 19-da səhər saatlarında baş verib. Meyiti hüquq-mühafizə orqanları tapıb, həkimlər müdaxilə etsələr də, onu həyata qaytarmaq mümkün olmayıb. Səfirliyin 35 yaşlı ikinci katibinin yuxarı mərtəbədən yıxıldığı güman edilir. Alman təhlükəsizlik mənbələri hadisənin şərtlərinin və ölüm səbəbinin “naməlum” olduğunu bildirib.

Diplomat 2019-cu ilin yayında akkreditə olunub. O da qeyd edilir ki,  o, məxfi xidmətin məxfi əməkdaşı olub.

“Spiegel”in məlumatına görə, diplomatın cənazəsi Rusiyaya aparılıb. Səfirlik “etik səbəbdən”  dolayı hər hansı  münasibət bildirməyib.

Almaniya Xarici İşlər Nazirliyi də baş verənlərdən xəbərdardır, lakin mərhumun və onun qohumlarının şəxsi məlumatlarının qorunması səbəbləri ilə bağlı təfərrüatları açıqlamır-deyə agentliyin sözçüsü Kristofer Burger söyləyib.

Rusiyada xarici agnet kimi tanınan Dojd mətbuat orqanı isə oktyabırn 19-da ölüsü aşkar edilən diplomatın Kiril Jalo olduğunu yazır. O,  FSB-nin ikinci xidmətinin direktor müavini və FSB konstitusiya quruluşunun müdafiəsi departamentinin rəhbəri general Aleksey Aleksey Jalonun öğludur.

Yenises.ru


Bir cavab yazın