Spirtli içkilərin satışı üçün dövlət rüsumu artırılacaq
Moskva, Sankt-Peterburq və Sevastopolda mağazalrda spitli içkilərin bahalaşacağı haqqında “Rossiyskaya qazeta”” proqnoz verib.
Bu şəhərlərdə spirtli içkilər pərakəndə satişi üçün lisenziya almağa və ya vaxtini uzatmağa görə dövlət rüsumu artırılacaq.
Deputat Nikolay Qonçar federal əhəmiyyətli üç şəhərdə 1-lə 20 arasında hesablanan artım koffisentinin tətbiq olumasını təklif edən qanun layihəsini Dövlət Dumasına göndərib.
Sənəddə bütün Rusiya ərazisində spirtli içkilərin satışına icazə verən 1 illik lisenziyaya görə tətbiq olunan dövlət rüsumunun 40 min rubl olduğu göstərilir. Şəhər administrasiyası satiş biznesi üçün bunu illik 800 min rubla qədər qaldıra bilər. Bəzi məlumatlara əsasən bu təşəbbüs şəhər büdcəsinə bir əl ərzində bir milyard rubl qazanc gətirəcək.
“”RG””-nın ekspertləri xəbərdarlıq edirlər ki, bu artım spirtli içkilərin satışının azalmasına gətirib çıxarar və bu da şəhər büdcəsinə mənfi təsir edə bilər.
Hər bir xırda biznesi bu zəiflədər və onun satışını bağlaya bilər. Orta və böyük biznes isə bu əlavə xərci spirtli içkinin qiymətini artırmaqla tarazlaşdırar. Alıcı isə artıq “”pulqabına”” baxaraq qərar verəcək. Ekspertlər bildirirlər ki, koffisenti tətbiq edərkən bazardakı vəziyyət, sakinlərin alıcılıq qabiliyyəti dəqiq araşdırılmalıdır.
Ümumiyyətlə, spirtli içki satışı yaxşı gəlir verir. Spirtli içkilərin federal və regional satış bazarını araşdırma mərkəsi Rusiya statsistikasının məlumatından çıxış edərək bunları qeyd edib: “”Bu gün rusiyalı 2014-cü ilin 4 ayı ərzində spirtli içkilərin pərakədə satışına 54,26 min rubl və ya 1 ay üçün 13,565 min rubl qoyub… Ərzağa, spirtsiz işkiyə və tütünə 6,416 min rubl… Bu minimum əmək haqqından min rubla yaxın çoxdur””.
Ekspertlər bir təhlükənin də qaçılmazlığına diqqəti cəlb edirlər. Lisenziya üçün dövlət rüsumunun artması bu biznesin bir hissəsinin qeyri-leqal satış bazarınf üz tutacağını bildirirlər. Ölkədə belə satış bazarı 30-40 faiz təşkil edir.
Bu vaxt ərzində pərakəndə satış dövriyyəsi illik hesablamalara görə 3,3 faiz artaraq 7,8 trilliyon rubla çatıb. Bu dövriyyədə idxal 43 fazi təşkil edir. Ötən ilə müqayisədə bu azdır. Bu mədaxillə risk etməyə dəyərmi?
/Yenises.ru/“