SSRİ-dən gələn səslər -4- (And olsun Leninin qırmızı stoluna və quyduğu qanunlara)


SSRİ-dən gələn səslər  -4- (And olsun Leninin qırmızı stoluna və quyduğu qanunlara)
“Müharibədə Berlinı qədər vuruşmuşam, 1945-ci ilin may ayının 5-də Berlin hasarının dibindı yaralanmışam. (Berlin hasarı müharibədən çox sonra 1962-ci ildə çəkilib və 80 illərin sonunda da yıxılıb).

“Mən bü uşə mat, mat, mat, mat, mat, mat (6 dəfə yaıb məktubunda) qalmışam”.

“Ərizə vermişəm rozqu kalonun naçalnikinə (началнику уголовного розыска) – Seyfullayeva Yekəbacı”.

“Biz hazırda 5 nəfərik, bizə verilən 11 qvadırat metirdir. Bir ferma malın birinə 15 kv.metr yer verirlər. Bəyər biz maldan pisiy? Xahiş edirəm elə bizi mal hesab edib bizim mənzili geniçləndirməy üçün özün sərəncam verəsiz”.

“Mənim özüm bir cinayət etsəm təçkilat idarələri sovet qanununa dair olaraq məni çoxdan qanun məcəlləsinə cəlb etmişdilər”. (Gədəbəy).

“Mənim atamı 1924-cü ildə Zaqatalada qaçaqlar öldürdü. Ikinci atamı 1937-ci ildə siyasi məhbus kimi həbs edib güllələdi (lər) , yenə yetim qaldıq”. (Tovuz).

“SSRİ prizidenti Mixail Serqeviç cənab Qorbaçov yoldaşa”.

“İnanıram ki, Qorbaçov yoldaş məni eşidəcək, səsimə səs verəcək, şikayət, müraciət ərizəmə həlledici, alternativ, müvafiq cavab verəcək”.

“Özümüz kənddə yaşayırıq, mal-qara saxlanan tövlənin üstündə qrişa yoxdur 200 il bundan qabaq tikilib”.

Balnisada yatırıdm sonra həkimin məsləhətiynən işçi qüvvəmi itirdim”.

“Bu haqda qəbul və əllə müraciət edib kömək istəmişəm. (Həm qəbulda olub, həm də məktubla müraciət edib-red.C.S.)” -(Tovuz).

“Yüksək rütbəli füsunkar dolanan şəxslər”.

“Xalq cəbhələri ilə kompirimissayaya girin”.

“Onlar vəzifəli şəxsli adalmlardı”.

“Bürokratlar sil-silə kimi düzülüb”.

Məhsul vəzifələrdə çalışmışam”.

“Qərarla əlaqədar ehtirasım yoxdur”.

“Mən 30 ildir ki, həyat yoldaşımla mehriban yaşamışam, bu yaxınlarda o zarafatla məni mətbəx bıçağı ilə qarın nahiyəmdən zədələdi”.

“Ölkəmizin bu əziz gününə görə və qabaqdan gələn 8 mart qadınlar bayramına görə həm də ailə üzvlərimin sevinməsi üçün mənim qalan spoxumun haqqında müsbət rəyə gəlib, məni və mənim ailə üzvlərimi sevindirəsiniz, mənim qalan cəzamı mənə bağışladınız”…Bu alicənab adamların əlində böyük problem deyil”.

“Xahiş edirəm mənim işimlə maraqlı ağlanasınız”.

“Xalasının, nənəsinin adı ordenindədir”. (orderdədir).

“Atam II dərəcəli Vətən müharibəsi 50 illiyidir (əlilidir)”.

Verxovnı SSR yoldaş Krışkova (DTK-nin Cədri Kryuçkov nəzərdə tutulur)”.

“Kommunist” qəzetində 3 fevral 1987-ci il tarixdə Səmədov Qafur müəllimin dərc olunmuş “Unudulmaz görüş” başlıqlı xatirəni oxudum.

Q.Səmədova 1939-cu ildə Qırmızı Əmək Bayrağı ordenini M.İ.Kalinin təqdim etmişdir. Bunu oxuyandan sonra öz keçdiyim həyat yoluna dönüb baxdıqca Qafur müəllimdən əskik olmadığımı görüb faktları öz tarixləri ilə Sizə yazılı bildirmək istədim.

Mən Q.Səmədov haqqında kı xatirəni oxuyarkən gördüm ki, mənim keçdiyim yol üçün mən də təltif olunmalıyam. 1975-ci ildən 1986-cı ilə qədər 9000-ə yaxın pul mükafatı almışam. Bu qədər də dövlət nəfinə qalıbdır. Plan ödənməsi də buraya daxil deyildir.

1975-ci ildə Sosyalizm qalibi nişanı ilə təltif olunmuşam.-Gədəbəy, Slavyanka”.

Rayıspalkomun qızının həyat yoldaşının dayısı xuliqanlıq üstə 4 il türmədə yatmış dəfələrlə meşə qırmaq üstə məhkəməyə düşmüş Əliyev Eldardır”.

“And olsun Leninin qırmızı stoluna və quyduğu qanunlara”.

“Mənim storibalizlərimi (история болезни- xəstəlik tarixşəsi) yoxlayın”.

“(Qromıkoya) Buyurub baxa bilərsən 11 uşağın şikilini sənə göndərirəm, ata-ana 9 uşaq bir yerdə, 2-sini isə ayrı çəkdirib qoymuşam. Bu şikili çəkdirəndə iki uşaq yox idi, ona görə də ayrı olub ”.

“Kimin daysı var ona qulaq asırlar, mənim dayım gedib müharibəyə hələ gəlib çıxmayıb.

Ayləviçilik edirlər, gördü ki, kapnetə gələn mənəm, pulsuz, dayısız şofer, mənə nə desə yaxşıdır, çıx get bura sənə çayxana deyil, bu da bizim I katib!”.

(ardı var)


Bir cavab yazın