Suriya məsələsində Türkiyə tələyə düşməyəcək !!!
Baş nazir Ərdoğanın bugünkü grup toplantısında, Türk kəşfiyyat təyyarəsinin Suriya tərəfındən vurulmasının ardından Türkiyənin yol xəritəsını açıqlaması gözlənilirdi. AKP Mərkəzi İdarə Heyətində (MİH) bu mövzu müzakirə edilərək hərbi müdaxilə deyil, doplomatik danışıq yolu seçildi.
Baş nazir Ərdoğan bu günkü çıxışında hadisənin detallarını anladacaq, amma nə qərar veriləcəyini açıqlamayacaq.
Mərkəzi İdarə heyətindən sızan məlumatlara görə “Dünyaya haqlı olduğumuz anladılacaq və bu olay Bəşər Əsədin gedişini sürətləndiəcək” ifadə ediləcək.
Türkiyənin NTV kanalının müxbiri Ercan Gurses AKP MİH-də danışılanları belə anladıb:
“Əsgəri müdaxilə danışılmır. İlk sürədə diplomatik imkanlardan istifadə ediləcək. Dünyaya Türkiyənin haqlı olduğu bildiriləcək, üzr və təzminat tələbi gizli tutulacaq. Beynəlxalq birlik nəzdində şərtlər daha açıq şəkildə ortaya qoyulacq. Baş nazir Ərdoğan bugünkü çıxışında üzr və təzminatla bağlı detallardan və hazır olduğü elan edilən sanksiyadan danışmayacaq. Bu sanksiya lazım gələrsə addım-addım tətbiq ediləcək. Sızan məlumatlara görə MİH –nin əsas üzvlərinin fikri, “ Heç kimsə savaşa gedək demir. Savaş təbilləri çala bilir… Səxavətlı deyərlər malından edərlər, cəsur deyərlər canından edərlər. Savaş seçimi edib bu tələyə düşməyəcəyik. Amma bu olayın üstündən bir stəkan su da içməyəcəyik ” şəklindədir”.
MİH üzvərinin verdiyi xəbərə görə Türkiyə bu olayda haqlı olduğunu bütün düyaya bildirəcək və beləcə Suriya prezidenti Bəşər Əsədin gedişini sürətləndirəcək.
Baş nazirin mətbuat xidmətindən verilən xəbərdə Rəcəb Tayyib Ərdoğanın çıxışı anında ingilscə və ərəbcə tərcümə edilərək birbaşa veriləcəyi deyilir.
/Yenises.ru/“