Suriya rejimi əleyhdarları Rusiyanın Londonda səfirliyini daşa basdılar


Suriya rejimi əleyhdarları  Rusiyanın Londonda səfirliyini daşa basdılar

Suriyadakı hakim rejimin rəqibləri Rusiyanın Londondakı səfirliyinə hücum edərək onun binasına maddi ziyan vurublar. Diplomatik korpusun əməkdaşlarından xəsarət alanın olmadığı bildirilir.

“Avqustun 16 –dan 17-ə keçən gecə Rusiyanın Londondakı səfirliyinin konsulluq şöbəsi əllərində Suriya hökümətinə qarşı şüarlar və daş olan böyük bir qrupun hücumuna məruz qalıb”-deyə diplomatik korpusun bəyanatında deyilir.

Nəticədə pəncərələr qırılıb, binaya əhəmiyyətli dərəcədə ziyan dəyib. Diplomatik korpus nümayəndələrindən kimsə xəsarət almayıb. Diplomatlar hadisə yerinə gələn polsilərin icazəsiz piket keçirənləri neytrallaşdırmaqdan ötrü heç bir ölçü götürmədiklərini təəssüflə qeyd ediblər.

“Diqqəti özünə yönəltməkdən ötəri Rusiya diplomatik korpusunun Londonda vandalizm aktları ilə üzləşdiyi bu hadisə birinci deyil ”-məlumatda deyilir.
Bundan əvvəl də Rusiyanın Suriya mövqeyinə etiraz edənlər səfirliyin hasarını qırmızı boyaya qərq etmişdilər.

/Yenises.ru/


Bir cavab yazın