Suriya tərəfindən vurulan Türkiyə təyyarəsinin pilotlarının cəsədi tapıldı


Suriya tərəfindən vurulan Türkiyə təyyarəsinin pilotlarının cəsədi tapıldı
Iyunun 22-də Suriya tərəfindən vurulan Türkiyə kəşfiyyat təyyarəsinin iki pilotu günlərdi axtarılırdı. Pilotların sağ ola biləcəkləri umidiylə axtarış davam edərkən acı xəbər gəldi. Baş qərargah rəhbərliyi Suriyanın vurduğu təyyarənin itkin düşən iki pilotunun cəsədinin dənizin dibindən tapılıdığını açıqladı.

Baş qərargahın internet saytında verilən aşıqlamada bunlar ifadə olunub:

“22 iyun 2012-ci tarixdə Agdənizin Şərqində ölkələrarası hava ərazisində Suriya tərəfindən Türk Hava Quvvələri Komandalığına məxsus RF-4 təyyarəsinin pilotlarının tapılması məqsədiylə aparılan axtarışda pilotlarımız Göhkan Ertan və Hasan Hüseyn AKSOY-da dəniz dibində yeri təsbit edilmiş cəsədlərinin çıxarılması üçün işlər davam etməkdədir”.

Şəhidlərimizə Allah rəhmət eləsin!

/Yenises.ru/


Bir cavab yazın