Suriya Türkiyə təyyarəsinə görə üzür istədi
Suriya höküməti hərbiçilərinin Türkiyənin F-4 qırıcı təyyarəsini vurduğu üçün rəsmi Ankaradan üzür istəyib. “Hürriyət” qəzetinin yazdığına görə bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Suriya sərhəddi yaxınlığında uçan təyyarə raketlə vurulub, onun hissələri Aralıq dənizinə düşüb. Iki pilot xilasedicidən istifadə edərək xilas ola biliblər və hadisə baş verən kimi yardım qrupu onları köməyinə çatıb. Təyyarəçilərin həyatı üçün heç bir təhlükə yoxdur.
Raketlə vurulan zaman qırıcı təyyarənin haradan üçdüğü dəqiq məlum deyil. Əvvəlcədən məlumat verilmişdi ki, o ya Suriyanın ya da neytral sularda vurulub.
F-4 raketinin vurluduğu Suriyanın Latakiya əyalətində son həftə dövlət və əyalət qüvvələri arasında döyüşlər gedir.
Rəsmi Ankara dəfələrlə Suriya prezidenti Bəşər Əsədin rəqiblərinə öz köməyini təklif etmişdi. Bu da iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə pisləşməsinə gətirib çıxartmışdı.
/Yenises.ru/