“Suriyaya girsəniz 3-cü dünya müharubəsi başlaya bilər”


“Suriyaya girsəniz  3-cü dünya müharubəsi başlaya bilər”

Bu sözləri İstanbul Beynəlxalq Forumunda iştirak edən “El Kuds El Arabi” qaetinin rəhbəri Abdülbari Atvan Suriyadakı hadisələri Türkiyənin NTV telekanlanda şərh edərkən söyləyib. Yenises.ru-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Abdülbari Atvan “Türkiyə çox diqqətli olmalı və qızışdırmalara fikir verməməlidir. Suriya ilə müharibəyə girərsə, bu 3-cü dünya müharibəsinə gətirib çıxara bilər” –deyib.

Türkiyə-Suriya arasındakı gərginliyin artmasına diqqət çəkən Atvan “ Məncə bu yaşanan gərginlik Türkiyəni müharibəyə təhrik etmək üçün bir provokasiyadır. Suriyanın itirəcək bir şeyi yoxdur, onsuzda o bir müharibə içindədir. Türkiyənin isə qeyb edəcək çox şeyi var. Buna görə Türkiyə ehtiyatlı olmalı və qızışdırmalara fikir verməməlidir”-deyə bildirib.

Türkiyənin bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini vurgulayan Atvan “Türkiyə demokratik, insan haqları və sabitlik cəhətdən model olacaq bir ölkə kimi görünür. Buna görə Ərəb dünyasında çox sayda ölkə Türkiyə modelindən istifadə etməyə çalışır”-deyə qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın