Tərəvəz xərçəngdən qoruya bilərmi?


Yeni araşdırmalara görə meyvə və tərəvəzin tərkibində olan maddələr metastazın yaranmasımnn qarşısını ala biləcəyindən xəbər verir.

Amerikada yeməyə adət etdiyimiz əti, tərəvəzi, meyvəni əvəzləyən şeylərlə qidalanma artıq çəki əmələ gətirməklə yanaşı, xərçəng riskini də artırır.

Vaşinqton universitetinin elm adamı Harri Mindouz yeni tədqiqatından sonra bu nəticəyə gəlib. Midouz xərçəng xəstəliyinə həsr olunmuş tədqiqatında boşluqu aşkar edib: bütün çalışmalar ya xərçəngin tamam qarşısının alınmasına, ya da xərçəng şişinin ilk mırhələdə müalicə olunmasına yönəldilir. Amma xərçəng başqa orqanlara yayılanda öldürücü olur. Metastazın yaranmasının qarşısını alınması və ya bu prosesin ləngiməsi üçün genin fəaliyyəti isə öyrənilməyib.

Mindouzun təsdiq etdiyinə görə xərçəngin geninin öyrəniləsinə həsr olunan tədqiqat işində o gen haqqında bir sıra informasiya əldə edib. Sadəcə onun az bir hissəsi birbaşa istifadə etdiyimiz yeməklərin genlərə necə təsir etməsini sualına toxunur. Ola bilərmi ki, hansısa yemək və ya onun tərkibindəki aktivləşdirici genlər metastazanın qarşısını ala və rakın yayılmasını dayandıra bilə? Mindouz çoxlu ədəbiyyat oxuyaraq nəhayət nəyəsə rast gəlib. Həticə olaraq qidalı bitkilərdə 40 komponentlə rastlaşıb, hansı ki, o geni “işə salaraq”, xərçəng xəstəliyinin yayılmasını ləngidə bilər. O bunu necə edib? Mindouz tədqiqatların nəticələrini analiz edərək, onlarda geni cəlb edən, ya etməyən, metastazın qarşısını ala bilən yönlərə diqqət edib.

O, onlarca nümunəyə rast gəlib; nar şirəsi hansı ki prostat vəzinin xərçənginin qarşısını alır; tərkibində qlukozilonat olan xaççiçəklilər bitkilərindən olan, kələmkimilər; likopin-pomidora rəng verən maddə, mayaotunda olan lupulon-falavonoid . Bu təxmini imkanlar metastazı öldürən genləri işə salır və bu maddələr digərlərindən antioksidant polunu oynamaq xüsusiyytinə malik olduğu ilə fəqrlənir.

Mindouz qeyd edir ki, onun nəticəsi dəqiq deyil, təxminidir. Amma bunu məqsədli şəkildə tədqiq edərək və xərçəngin yayılmasının qarşısını alan qidalı bitkiləri ataşdırmaqda fayda var. “Bir çox iddilara yoxlanmayıb. Ehtimal ki, başqa maddələr də var ki, onlara hələ öyrənilməyib ”.

Bu və başqa təqdiqatlar göstərir ki, tərəvəz yemək biz təxmin etdiyimizdən də faydalıdır.

/Yenises.ru/


Bir cavab yazın