Tacikistan DİN başçısı milislərə arıqlamağı əmr edib


Tacikistan DİN başçısı milislərə arıqlamağı əmr edib
Tacikistanın daxili işlər naziri Ramazon Rahimzadə jurnalsitlərə məlumat verib ki, orqanın əməkdaşlarına arıqlamağı əmr edib.

“Milis kökələndə iş qabilliyyəti azalır. Bizim bütün əməkdaşlar yaş və böya görə beynəlxalq normalara cavab verməlidir””-deyə qeyd edib.

Təlimatın yerinə yetirilməsinə xüsusi komissiya nəzarət edir.

Ramazon Rahimzadə idmanla aktiv məşğul olur. Adının çəkilməsini istəməyən DİN əməkdaşlarının sözlərinə görə apparatın və şöbənin bir çox işçiləri ayda iki dəfə üç kilometr kross qaçışı və idarənin hovuzunda üzməklə məşğul olurlar.

“”Hələlik heç kim dəqiq parametr verməyib, biz aidiyyatı normalara cavab verməliyik və 50 faizdən çox əməkdaşımız 5-10 kiloqram arıqlayıb””-deyə RİA Novosti-nin həmsöhbəti məlumat verib.

2016-cı ilin dekabrında Tacikistan DİN-nin əməkdaşları boy və çəki normativləri instruksiyaları alıblar. “”168-170 santimetr boyda olan milis əməkdaşlarının çəkisi 75 kiloqram çəkidən artıq olmazdı””.

DİN nümayəndəsinin sözlərinə görə sağlamlıq və fiziki hazırlıq -milisdə xidmət edənlər üçün vacib şərtdir. Artıq çəkisi olanları işdən azad olunmaq təhlükəsi gözləyir.

/Yenises.ru/


Bir cavab yazın