Tacikistanda müxalifət hərəkatını ekstremist elan etməklə icazəsiz mitinqin qarşısını almağa çalışırlar


Tacikistanda müxalifət hərəkatını  ekstremist elan etməklə icazəsiz mitinqin qarşısını almağa çalışırlar
Tacikstan müxalifəti 10 oktyabrda “Prezidentə istefa”” mitinqi planlayıb. Hökümət isə müxalifəti məhkəməyə verib.

İslam komitesinin sədri Heydər Camal Rusiya müxalifətə dəstək verməklə Rahmonun ipini əlində saxladığını deyir. Aleksandr Knyazev isə Rusiyanın daha başqa təsir rıçaqları olduğunu düşünür.

Tacikistanın baş prokuroru müxalif “” Qrup 24 “”ün ekstremist təşkilat kimi tanınması və onun fəaliyyətinin respublika ərazisində qadağan edilməsindən ötəri Ali məhkəməyə ərizə göndərib.

Bu ictimai hərəkat əhalini 10 oktyabrda Düşənbədə hökümət əleyhinə keçiriləcək “”Tacikistan dəyişiklik tələb edir”” mintinqində iştirak etməyə çağırır. Mitinqin əsas şüarları: “”Rahmonsuz Tacikistan!””, “”Ədalətli seşkilərə!””, “”Layiqli həyat üçün!””

Ərizədə bildirilir ki, Ali məhkəməyə müraciətə səbəb qrupun fəaliyyət materialı olub. Baş prokurorluqda qeyd edilir ki, Umarali Qüvvətovun başçılıq etdiyi müxalifət hərəkatının əsas məqsədi konstitusiya hüquqlarını pozmaqla Tacikistanda hakimiyyəti ələ keçirməkdir. “”Qüvvətov və onun qrupunun üzvləri ekstremist bəyanatlar yayaraq əhalini ölkədə kütləvi özbaşınalıq yaratmaqla hakimiyyəti ələ keçirməyə çağırırlar””-deyə ərizədə göstərilir.

Tacikistanın daxili işlər naziri Ramzan Rahimzadə TASS-a müsahibəsində vurğulayıb ki, tədbirin təşkilatçıları cinayətkarlar, beynəlxalq axtarışda olanlardır. Onun sözlərinə görə Taciksistan vətəndaşları ölkədəki vəziyyəti pozmaq və cəmiyyəti parçalamaqla özlərinin xaricdəki “”işverənlərindən”” pul alan müxalifətçilərdən yana deyillər.

Rahimzadə onun qeyd edib ki, ölkənin güc strukturları vəziyyətə nəzarət edir və əhali arasında profilaktik iş aparırlar. 4 oktyabrda Düşənbənin Dosti meydanında icazəsiq mitinqi dağıtmaq üçün təlimi keçirilib. 5 oktyabrda- Qurban Bayramı günü paytaxtn bütün hüquq mühafizə orqanları gücləndirilimiş iş rejiminə keçiblər. Elə o zaman bir neçə məsciddə imamlar öz nitqlərində “”Qrup 24″”ün qızışdırıcı fəaliyyətindən də söz açıb, Tacikistanda sülhü saxlamağın vacibliyindən danışıblar.

Bundan əlavə 4-5 oktyabrda Tacikistanın şimalında 3G-modemlə işləyən mobil internetlər bağlanıb. Həmçinin təxminən 200-ə yaxın sayta giriş məhdudlaşdırılıb. Onlar arasında “”VKontakte””, “”Lenta.ru””, “”Moskovskiy komsomolets””, Mail.ru, Youtube, Amazon və rusdilli Vikipediya da olub. Ehtimal edilir ki, internetə girişə qarağa qoyulması bu resursdan istifadə etməklə 10 oktyabr mitinqinə çağırışın qarşısının alınmasıdır.

Ölkənin internet provayderlərindən birinin nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə onlara saytları blok etmək təlimatı Tacikistanın Rabitə xidmətindən daxil olub. Bununla yanaşı, “”Ozodi”” radiosunun xəbərində Tacikistanın Rabitə xidmətinin direktor müavini Rafikcon Şokirov təmsil olunduğu təşkilatın internetə girişin məhdudlaşdırılması haqqında hər hansı bir təlimat vermədiyini, bir neçə internet-resursun blok edilməsi haqqında məlumatın gerçəkliyə uymadığını deyib.

Analoji bəyanatla Rabitə xidmətinin başçısı Beq Saburi də şıxış edib. Ayrılıqda o təşkilatın belə bir işdə iştirakı olmadığını bildirib və yaxın zamanlarda bunu aydınlaşdıracağını söyləyib. Eyni zamanda Saburi onu da əlavə edib ki, bəzi saytlar hədsiz siyasiləşib, konfliktlər dünyasına girir və “”ekstremist çağırışlar və deyimlər”” dərc edirlər.

10 oktyabra təyin olunmuş “”İmomali Rahmonun istefasını”” başlıca tələb kimi irəli sürən icazəzsiz hötümət əleyhinə mitinqin təşkilatçısı “” Yeni Tacikistan”” hərəkatıdır. Son zamanlar bu tədbiri “”Qrup 24″” aktiv şəkildə dəstəkləyir və internetdə təbliğat aparır.

Qüvvətov özü keçmiş iş adamı və ölkə başçısı Rahmonun ailəsinə yaxın olan şəxsdir. 2012-ci ilin yayında Tacikistandan Moskvaya gələn zaman bu hərəkatı yaradıb. O dəfələrlə tacik hökümətinin ünvanına kəskin çıxışlar edib və hesab edir ki, onu müxalif fəaliyyətinə, hökümətin yüksək eşalonunda korrupsiyadan xəbərdar olduğu üçün izləyirlər.

Taciksitanda Qüvvətou fırıldaqçılıqda, başqasının əmlakını mənimsəmə və girov götürmək kimi cinayətlərdə iştirakda ittiham edirlər. Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyi tərəfindən onun barəsində cinayət işi açılıb. Həmçinin 2012-ci ilin dekabrında KİV-də “”Toçiron”” kampaniyasının başçısı Fayzullo Qulamov keçmiş ortağının “”Toçiron””, əfqan və çin şirkətlərinə məxsus milyonlarla dollar pulu aldatma yolu ilə mənimsəməsi haqqında bəyanatı yayımlanmışdı.

2012-ci ilin sonunda Qüvvətov tacik hökümətinin xahişi ilə Dubay aeroportunda saxlanıb. O, 10 ay nəzarətdə qalıb, lakin ölkəsinə ekstradasiya edilməyib. Hazırda onun Türkiydə olduğu güman edilir.

İslam komitəsinin sədri Heydər Camal hesab edir ki, bu hərəkət tacik höküməti tərəfindən ölkədə müxalifətin istənilən aktivliyini tapdalamağa yönəlib. Onun fikrincə, Rahmonu tacik xalqının çox hissəsi sevmir, onu devirmək haqqında söhbətlər isə çoxdan gəzir, ona görə də prezident onun devrilməsinə çalışanlara çox aqressiv tərzdə xəbərdarlıq edir.

“”Bu insan respublikanı atasının mülkünə çevirib və mülkiyyətini qohumlarınınkı edib. Onun yanında demək olar ki, şəxsi təşəbbüs göstərmək, normal işləmək olmaz. Bundan başqa Tacikistan Orta Asiya ölkələti içərisində ənənəvi islam respublikası olsa da, o islama hücum edir””-deyə əlavə edib.

Eyni zamanda son illər tacik müxalifəti Rusiya ərazisindı də fəaliyyət göstərir. Heydər Camal ehtimal edir ki, tacik müxalifətinin antihökümət hərəkətini təqdir edən Moskva bu şəkildə Düşənbə ilə oynayır. “”Rusiya höküməti Rahmonun boğazını əlində saxlayaraq, əğər onunla uyğunlaşmasa alternativi var və hər zaman hərəkətə keçə biləcəyini göstərir””-deyə qeyd edib.

Orta Asiya ölkələri üzrə ekspert Aleksandr Knyazev isə tacik hökümətinin müxalifətin fəaliyyətini sıxışdırmasını əsaslı sayır.

“”Ölkə xaricində fəaliyyət göstərən “”Qrup 24″”ə istisadi cinayətdə günahladırılan və Tacikistanda axtarışda olan biri başçılıq edir. Mən hesab edirəm ki, bu hərəkat respublikda hər hansı bir sosial qrupun marağına xidmət etmir, onun yeganə məqsədi Rahmonun istefasıdır. Düşünürəm ki, bunu “”konstitusiya istinadən çevirilişə çağırmaq kimi dəyərləndirmək doğru olar””-deyə o aydınlaşdırıb.

Ekspert sərhəddin arxasından Düşənbədə icazəsiz mitinq təşkil etmək-bu ölkədəki siyasi şəraiti laxlatmağa cəhdi kimi dəyərləndirir. Onun rəyincə, respublika əhalisinin çox hissəsi onları dəstəkləmir və aktivistlər sadəcə Hankonqda olduğu kimi qızışdırma yarada bilərlər.

Knyazev onu da əlavə edib ki, çətin Rusiya höküməti tacik müxalifəti hesabına Düşənbəyə təsir etsin. Onun sözlərinə görə bu metoddan istifadə etməyin əsası yoxdur, çünki, Moskvanın Tacikistana təsir etmək üçün Yanacaq- sürtgü materialı yağları tarifləri və miqrasiya siyasəti kimi rıçaqları var.

/Yenises.ru/


Bir cavab yazın