Tacikləri Moskvaya buraxmırlar


Tacikləri Moskvaya  buraxmırlar
Tacikistandan Rusiyaya gələn qatarlar dayandırıldı

Taciksitandan Rusiyaya gələn qatarların dayandırılması hədsiz radikal addımdır və bu ölkə vətəndaşalrnın maddi vəziyyətinə pis təsir edəcək. RF Federal Təhlükəsizlik idarəsi Sərhəd Xidmətləri rəhbərinin müvafiq təşəbbüsü ilə bağlı qərara bu reaksiyanı Tacikistan Dəmir yolu rəsinin birinici müavini Usman Kalantarov verib.

Bununla bərabər Tacikistan yetkililəri Rusiya tərəfin tacik qatarlarında sanitar xidmətinin keyfiyyəti baxımından pis vəziyyətdə olması ilə əlaqədar deyilən nöqsanları qəbul etdiklərini də bildiriblər.

U. Kalantarovun sözlərinə görə, amma “göstərilən bütün çatışmazlıqları rusiyalı əməkdaşlarla birlikdə aradan qaldırmaq olar və bunun üçün belə radikal ölçü götürmək o qədər də vacib deyil”.

“Rusiya istiqamətində hərəkət edən qatarların dayandırılması vətəndaşların , ən çox da əmək miqrantlarının maddi durumuna təsir edəcək”-deyə Tacikistan Dəmir yolu rəisinin müavini qeyd edib.

Tacikistandan Rusiyaya gedən qatarların hərəkətinin qadağan edilməsi məsələsi bu gün baş nazir Akil Akilovun rəhbərlik etdiyi hökümət yığıncağında müzakirə edilib.

Xatırladaq ki, bazar günü RF baş nazirinin müavini D.Roqozin Rusiyanın baş sanitarı G. Onişenko ilə “Düşənbə-Moskva” sərnişin qatarlarından birini müfəttiş edib və gördüklərindən narazı qalıblar. Sonra Roqozin “bu qatarı RF-na buraxmaq olmaz, bu millətin saglamlığına təhlükədir”-deyə rəyini bildirib.

Müvəqqəti olaraq Tacikistandan gələn qatarların dayandırılması təşəbbüsü ilə RF Federal Təhlükəsizlik idarəsi Sərhəd Xidmətləri rəhbərinin müavini Bladimir Moçalov çıxış edib.

İsmayıl
/Yenises.ru/


Bir cavab yazın