Tanınmış siyasətçi Boris Nemtsov Moskvanın mərkəzində öldürülüb


Tanınmış siyasətçi Boris Nemtsov Moskvanın mərkəzində öldürülüb
27 fevral gecə saatlarında Moskvanın mərkəzində Boris Nemtsovu güllələyiblər. Killerin ona ən azı 4 güllə vurduğu deyilir. Nemtsov hadisə yerindəcə keçinib.

Qətl hadisəsi Vasilyevsk enişi yaxınlığında Moskovereçski körpüsündə baş verib. Saat təxminən 23:40 radələrində qızla gəzən Nemtsova ag avtomobildən bir neçə atəş açılıb. Şahidlərin dediyinə görə killer ən azı 4 dəfə siyasətçinin sinəsinə atəş edib. Aıdığı güllə yarasından müxailfətçi hadisıə yerində vəfat edib. Nemtsovun yaxın dostu vəkil Vadim Proxorov “Kommersant””a müsahibəsində,-“”Mən körpüdə dayanmışam və Nemtsovun yerdə uzanmış meyidinə baxıram””-deyib.

Daxili işlər nazirliyinin mətbuat mərkəzindən sənədləri Boris Yefimoviç Nemtsova məxsus olan kişinin öldürüldüyü faktını təsdiq ediblər. Polislərin verdiyi məlumata görə killer onun kürəyinə atəş edib. Siyasətçi ilə birlikdə olan qız hazırda sorğu-sual edilir.

Hadisə yerində istintaq-operativ qrupu işləyir. Qətl yerinə DİN-nin paytaxt rəhbəri Anatoli Yakunun gəlib.

/Yenises.ru/


Bir cavab yazın