Tariximizdən gələn səslər – Vaqif Aslan


Hüquqşünas dostum Adil Əsgərovun

sevincək zəngindən doğulan düşüncələr

I

Bu səhər zəng etdi Adil müəllim

Dostluqda mərdanəm, mərdlikdə bəllim.

Dedi: – Salamlar var sənə Gəncədən.

Gözün aydın olsun, amma öncədən.

Şanlı ordumuza min afərinlər!

Azad edilibdir Xudafərinlər!

Bu taydan o taya onlar yoldular.

Sahilləri qucan qoşa qoldular.

Gözəl görünürlər Arazın üstə.

Bu günlər, elə bil, sığal çəkirlər

Sinəmi göynədən  avazın üstə.

O vaxtdan nə qədər fəsillər keçib…

Fəsillər nədir ki, əsrlər keçib…

Hamıya deyilmir “xoş gəldin” sözü…

Ondan nanəsillər, əsillər keçib.

Bu arxı bir az da vurum dərindən…

Deyim kimlər keçib Xudafərindən.

Keçib bu körpüdən övliya, hacı…

Hər biri bir xalqın başının tacı.

Alpər Aslan keçib ondan, qardaşım.

Onda çiçəkləyib torpağım, daşım.

Məlik şah Səlcuqi keçibdir ondan.

Tarix fəxr etməzmi biçdiyi dondan?

Bu adlar saymaqla bitməz ki bitməz.

Daş qoyulan yerin yaddaşı itməz.

Böldüm sevincimi Azər Turanla…

Gördüm, bəs etmir.

Danışdım Eynulla qardaşımızla…

Sevinci bölməyə kim həvəs etmir?

Varsa da, yoxsa da… xoşbəxt kimsədir

Yaxşılıq eləyib ləzzət alanlar.

“Ürəkdən-ürəyə yollar” çəkənlər!

Sahildən-sahilə körpü salanlar!

Əzəmət tökülür aşrımlarından…

Birində on beşdir, birində on bir.

Tarixlər süzülür şırımlarından…

Vurur insanları zəhmi min ildir.

Qartal caynağıdır daş sütunları…

Qayalar üstünə sancılıb durur.

Gəlsəydin, görərdin sən də bunları…

Daşlaşıb bu yerdə iradə, qürur.

Uludur yaşıyla, ay-illəriylə…

Zamana sığmayır şöhrəti, şanı.

O vaxtdan tutaraq daş əlləriylə

Qoymur ayrılmağa Azərbaycanı.

II

Teleekranlara dikilib gözlər

Baxır Cəbrayıla sonsuz maraqla.

Baxdıqca közərir içimdə közlər…

Dostum, yaddaşını sən də varaqla.

Hanı bəs, hanı bəs o məşhur çinar?

Cəbrayıl nə vaxtdan daş topasıymış?

Kimin fitvasıyla, istəkləriylə

Başına bu boyda göy qopasıymış?

Yıxılıb yaşından, qocalığından…

Vaxtından, taxtından, ucalığından…

Qalıb quru yerdə şəhid ağaclar…

Ey nəfsi itilər, gözləri aclar!

Həmin  ağacların kötüyü durur…

Hər kötük üstündə neçə ildir ki,

Bozarıb qalan kül örtüyü durur!

Axı, siz kimsiniz, bayquşmuşsunuz?

Yox imiş sizlərə qanun, tabular?

– Sizdən nə qaldı ki?

– Yanıq divarlar!

Şəhid pəncərələr, şəhid qapılar!

Bu nə görüntüdür, mənzərədir bu?

O kimdir torpaqdan intiqam alıb?

Keçilməyən körpü, içilməyən su,

Biçilməyən zəmi onlardan qalıb.

– O kimdir?

– Əhrimən, aram, hayesdir!

Vandaldır, manyakdır, “es”dir, “eses”dir!

Ay erməni, erməni!

Götürməz bu yer səni!

Bunu kimsə deyibdir.

Çünki erməni olmaq

                        insanlığa eyibdir.

III

Whatsapp çıxaran kişiyə əhsən!

Qoşulur söhbətə Eynulla qardaş.

Erməni dediyin bilirəm ki, mən

Nə qardaş tanıyır, nə də ki, yoldaş.

Keşişi təzədən “Bibliya” yazır…

Yazır, yazdığının içində azır.

Bir dərin, bir dibsiz quyu içində

Türkesə, türkesə quyular qazır.

Burda Azər Turan çatdı qaşını

– İki yüz ildir ki, çalışır onlar.

Görüncə daşın da daş yaddaşını

Hirs ilə, qəzəblə alışır onlar.

Deyin, kimlər bölüb Xudafərini?

Gedəni-gələni hara olubdur?

Onun qəlbindədir dərdin dərini…

Sinəsi bu dərddən yara olubdur.

Üstündən yerimir karvanlar nədən?

Nədən yoxa çıxıb sarvanlar, nədən?

Bu da Xudafərin… Tən ortasında

Üçrəngli bayrağım dalğalanır, bax!

İki yüz ildir ki, torpağım kimi

Körpüm də ikiyə bölünübdür, ax!

Nədəndir uzanır bu iki yüz il?

Hələ də bölürlər bizi yağılar.

Mənim dediklərim əfsanə deyil.

Yiyəlik etməsən, yurd da dağılar.

Bizim üstümüzə şəkləndi haylar

Yadlara yalanan xanlara görə.

Göz yaşı tökmədi “şanlı” saraylar

Yurda qurban gedən canlara görə.

Çatdı Peterburqa Qriboyedov

Əlində Türkmənçay müqaviləsi.

Onu çar Nikolay basdı bağrına…

Dedi: – Bu dünyada yoxdur beləsi!

Onda  göyə tutdu ağzını toplar…   

Açıldı iki yüz yaylım atəşi.

Sırındı bizlərə yalanlar, goplar…

Əyilən ağızlar söylədi: – Əşi!

Yenə Eynullanı fikir apardı:

– Amma səfir olub Qriboyedov.

Qayıtdı İrana, …rütbəsi vardı..

Kim gələ bilərdi orda ona dov?

Həm də bir erməni var imiş orda…

Adından, dinindən imtina etmiş.

Hərəmağasıymış …Soruş da, sor da!

O, Qriboyedovun yanına getmiş.

– Mənə Mirzə Yaqub xan deyir hamı.

Amma ki, amma ki, Markaryanam mən.

Sən mənə dayaq dur, sən məni tanı!

Onda görərsən ki, necə canam mən!

Hesab olunuram şahın arvadı…

Mən hərəmağası olandan bəri.

Sən mənim üstümdən götür bu adı

Satma müslimlərə erməniləri.

“Ağıldan bəla”nı yazan səfirin

Bəlası hayesdən gəldi, nə gəldi!

Ağlı birdən-birə azan səfirin

Cumub müctəhidlər bağrını dəldi.

Nəşini yol boyu sürüdülər də.

Varını, yoxunu zir-zibil kimi

Silib süpürdülər, kürüdülər də.

Adil müəllimin tövrü dəyişdi:

– Hayeslər kabuslar, kölgələr kimi.

Onlar ki, boyaqtək bir yerə düşdü

Hər yerə yayılır ləkələr kimi.

Şeytan nəfəsidir nəfəsləri də…

Toxunsa yarpaqlar, otlar bürüşür.

Allaha üsyandır həvəsləri də…

İman gözdən düşür, din gözdən düşür.

Onlardır, onlardır, deyirəm onlar!

Onlar –  əsrimizin primatları!

Oğurlq donlardır geydiyi donlar!

Oğurluq adlardır Hayes adları!

IV

Yenə zəng elədi Adil müəllim

Dostluqda mərdanəm, mərdlikdə bəllim.

Dedi: – Diqqətlə bax teleekrana!

Ali Baş Komandan Cəbrayıldadır!

Alqışlar, alqışlar, alqışlar ona!

Gör – nə həyəcanda, gör – nə haldadır!

Düyüb yumruğunu, durub şəst ilə…

Qalib ordumuza eşq olsun deyir.

Bu günün havası bu gündən belə

Gələcək günlərə məşq olsun deyir.

Qalib xalqımıza eşq olsun deyir.

Kiminsə eviydi bu daş topası…

O məzar kiminsə məzarı idi.

İnsanın başından çıxır lopası…

Bu azar erməni azarı idi!

Bu qudurğan yağı, bu azğın yağı

Nə qədər miskindir, nə qədər düşük!

Qoy xalqım bilsin ki, ana torpağı

Alaq otlarından təmizləmişik!

Düşmənin burnunu ovduqca ovduq!

İt kimi gəlmişdi,.. it kimi qovduq!

Arxalı köpəklər arxası olan

Dövlətlər, ölkələr bunlara baxsın!

Haqqın şimşəkləri bu gündən belə

Haqsız olanların başında çaxsın!

V

Ali Baş Komandan qürurla bu dəm

Çevrilib üz tutdu Xudafərinə.

Bizim gözümüzdə dəyişdi aləm…

Dilimiz çevrildi min afərinə.

Gördük ki, Araz da sevincək axır…

Dikəlib bir az da Xudafərinlər.

Bizə haqq sevənlər sevgiylə baxır…

Deyirlər: – Sizlərə min afərinlər!

Bu görüş adi bir görüş deyildir!

Prezident-körpü görüşüdür bu!

Dövlətin xalq ilə verib əl-ələ

Birlikdə birliyə yürüşüdür bu!

Şəki, Kiş kəndi


Bir cavab yazın