Teleaparıcı sərhədçilərin qatilinin “etirafı” xəbərini “oxumuram”” dedi”””
Qazaxıstan “İnformbüro”nun 31-ci kanalının aparıcısı Vladislav Dlinnov Alma-ata vilayətindəki sərhəd zastavasında sag qalan sərhədçinin 14 sərhədçi yoldaşını öldürdüyünü etiraf etməsi haqqında olan xəbəri efirdən oxumaqdan imtina edərək istefa ərizəsi yazıb.
Teleaparıcı özü bu məlumatı təsdiqləyib. “Mən işdən çıxarılmağım haqda ərizə yazmışam, amma kanalın rəhbərliyi onun üstünü yazıbmı, bilmirəm”-deyə RİA Novosti jurnalistin sözlərini sitat gətirib. O bunu belə əsaslandırıb ki, bir nəfərin həm də tapança ilə 14 nəfəri öldürə bilməsi mümkün deyil.
“Necə ola bilər ki, jurnalsit və ya diktorlardan kimsə efirdən bu xəbəri oxusun. Bu ayıbdır! Mən efirdən sərhədçi “etiraf” etdi yalanını söyləməkdən imtina edirəm”-deyə Dlinnov Tüitter-dəki mikrobloqunda yazıb.
Xatırladaq ki, həftənin ikinci gün Qazaxıstanın daxili içlər naziri Kalmuxanbek Kasımov yanğında yeganə sag qalan sərhədçi Vladislav Çelaxda komandirin tapançası aşkar edildiyini deyib. Həftənin üçüncü gün isə Çelaxın qətli və yanğını törətdiyini etiraf etdiyi haqda rəsmi məlumat yayımlanıb.
Qazaxıstanın cənub-şərqində, Alma-ata regionundakı sərhəd zastavasında 30 mayda yanğın baş vermiş, sərhədçilərlə əlaqə kəsilmiş və bundan sonra onların axtarışına başlanmışdı. Sag qalan sərhədçi Vladislav Çelax isə bir neçə gündən sonra tapilmişdı. Vladislavın ailəsi onun məktublarında xidmətlə bağlı heç bir narazılığı olmadığını söyləyiblər. Çelaxın babası istintaqa bu işdə könüllü yardım edəcəyini və nəvəsinin əsla qatil olmadığını deyib.
O da qeyd edilir ki, vəkillər V. Çelaxı müdafiə etməkdən imtina edirlər. Ittham olunan əsəgərin anası qohumlarının Belçikada yaşadığını və onların yardımı ilə bu işi beynəlxalq məhkəməyə çıxaracaqlarını bildirib.
Vladislav Çelaxın süçü təsdiq olunarsa, onu 10 ildən artıq azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.
/Yenises.ru/