Telman Ismayılovun əmlakı satışa çıxarılacaq


Telman Ismayılovun əmlakı satışa çıxarılacaq

“Çerkozov”” bazarının keçmiş sahibi Telman İsmayılovun iflas etməsi təsdiq edilib və yaxın günlərdə əmlakının satışa çıxarılacağı haqqında “”Kommersant”” qəzeti yazıb.

Onun obyektləri arasında Kutuzovsk prospektindəki iki çoxotaqlı mənzili, Aprelovka qəsəbəsindəki xüsusi evi, Skolkovodakı qolf- klub üçün ayrılan torpaq sahəsi var.

Telman İsmayılovun Moskva vilayət arbitraj məhkəməsinin qərarı ilə 2017-ci il martın 9-dan iflas olduğu elan edilib. Onun əsas kreditçiləri simasında BM-bank (hazırda 100 % hissələri BTB-a məxsus olan keçmiş Moskva Bankı), Kipr kompaniyaları olan Sezaria Limited və Deutsche Bank çıxış edir və İsmayılov sıralama ilə onlara 19,2 milyard rubl, 10,4 milyard rubl, 967 milyon rubl borcludur. Borclunun Rusiya aktivləri elektron satışı gerçəkləşəndən sonra onlar arasında bölüşdürüləcək.

«Ъ» verdiyi məlumata görə Telman İsmayılova məxsus Kutuzovsk prospekti, ev 18 ünvaından yerləşən tarixi binadakı iki mənzildə əvvəllər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi komitəsinin xadimləri, Müdafiə nazirliyinin generalları, SSR Dövlət plan komitəsinin rəhbərləri yaşayıblar. Altıncı mərtəbədə İsmayılovun 5 və 6 otaqlı -sahəsi analoji olaraq 158 kv.m və 132 kv.m olan mənzilləri var.

Çerkizonun sahibi kreditçiəlrinə Vatutun küçəsində iki ev, Aprelovka qəsəbəsində sahəsi 1,1 min kv.m-dən böyük , mansardı olan üçmərtəbəli, və ikimırtəbəli ev qoyub. Evlər 3 min kv.m-dən çox sahədə yerləşir və hər birinin ayrıca qaz xətti var. Onun daşınmaz əmlakı qonşu Odinsov rayonunda da tapılıb.

Zareçye qəsəbəsindəki Tixaya küçəsində 350 kv.m-lik ikiotalı mənzil, Skolkovo kəndində isə qolf-klubun tikintisi üçün ayrılmış 2,4 min kv.m-lik sahə də xüsusi mülk kimi qeydiyyata düşüb.

Daşınmaz əmlakın nə qədər dəyərdə hesablanmacağını ekspertlər müəyyən etməkdə çətinlik çəkirlər. İkinci bir tərəfdən eyni binda – Kutuzovsk prospekti ev 18-də satışa çıxarılan 5 otaqlı mənzil elanında sahibi onu 90 milyondan artıq qiymətə satır.

Telman İsmayılovun nümayəndəsi kreditçilərin hərəkətini şərh etməkdə çətinlik çəkdiyini və mənzillərin birində sahibkarın nəvəsinin yaşadığını bildirib.

Yenises.ru


Bir cavab yazın