Telman İsmayılovun ABŞ-dakı ticarət mərkəzi əlindən alındı
Moskvada Çerkizov bazarının sahibi kimi tanınan keçmiş iş adamı Telman İsmayılovun Las-Veqasdakı “Craig Valley Plaza” ticarət mərkəzi əlindən alınıb. Kommersant.ru-nun verdiyi məlumata görə obyekt Amerika məhkəməsinin qəraraı ilə satılıb. Satışdan gələn pullar VTB bank qrupuna daxil olan keçmiş BM (Bank Moskvı) bankının hesabına daxil olacaq.
Mətbu orqanının veriyi məlumatda o da deyilir ki, Las Veqasdakı ticarət mərkəzi İsmayılovun qohumu Nailə Saıqovanın iştirakçısı olduğu Marker Craig MMC –nin balansında olub.
2017-ci ildə İsmayılovun digər “Ruslayn-2000” şirkətinə böyük məbləğdə pul verən BM-nın vəkilləri Las Veqas məhkəməsinə Marker Craig MMC-yə qarşı şikayət ərizəsi göndəriblər. Vəkillər biznesmen və ona yaxın olan adamların şaxlənmiş hüquqi şəbəkədən istifadə edərək kredit vəsaitnin mənimsədildiyini sübut edə biliblər. Məhkəmə Las-Veqasdakı ticarət mərkəzinin alınmasında pulun hərəkətinin saxtakarlıqla olduğunu təsdiq edib. Obyektlə bağlı təcili müvəqqəti xarakterli tədbir görülüb.
Ismayılovdan alınan Craig Valley Plaza-nın ərazisi 7 min kvadratmetrdir. Əvvəllər fars-yəhudi əslli Amerikanın məhşur ailələrindən olan Nazaryanlara məxsus olan obyekt 5 birmərtəbəli binadan ibarətdir. İsmayılovun Seyşeldəki Vesto Trading LTD şirkəti onun alınmasına 8 milyon dollar (600 milyon rubldan artıq) pul xərcləyib.
BM bankın razılaşmasına əsasən Craig Valley Plaza satılıb və pul yaxn zamanlarda onun hesabına keçəcək. VTB bank bununla kifayətlənmir və Telman İsmayılovun digər aktivlərini də tələb edir. Buna Antalyadakı Mardan Palace arxitektura kompleki də daxildir. Biznesmenin ümumilikdə VTB bankı qarşısında borcu 13,7 milyard rubl və 170 milyon dollardır.
Xatırladaq ki, Telman İsmayılov Pusiyada qiyabi axtarışdadır. O, 2016-cı ildə Moskvada iş adamları Vladimir Savkin və Yuri Brılyovun qətlində ittiham olunur. Həmçinin 2004-cü ildə müğənni Avraam Russonun qaçırılması cinayətindən də şübhəlidir. Sahibkar beynəlxalq axtarışa verilib.
Yenises.ru