Telman Ismayılovun Kiprdəki hesabı donduruldu
Milyonçu borcunu qaytarmadığı üçün məhkəmə qarşısına çıxacaq
Maqneziya şirkətlər qrupundan faizli borc alan Telman İsmayılov pulu vaxtında ödəmədiyi üçün məhkəməyə verilib.
Azərbaycanlı iş adamı Telman İsmayılovun Moskvadakı daşınmaz əmlakı və Türkiyədəki Mardan Palace oteli də daxil olmaqla Kiprdəki hesabı “Maqneziya”” qrupunun aktivlərinin sahibi Sergey Yançukovun tələbi ilə dondurulub. Cənab İsmayılovun paytaxtdakı tikinti sənayesi layihəsi üçün “”Maqneziya””dan 100 milyon dollar borc alıb onu zamanında geri qaytarmadığı deyilir. Hüquqşunaslar təkcə Mardan Palace-ın dəyərinin deyilən borcdan qat-qat artıq oldugunu qeyd edirlər və biznesmenin bunu məhkəməsiz qaydaya salacağına əmindirlər.
Nikosiya rayon məhkəməsi Telman İsmayılovun Sezariya Ltd şirkətinin tələbi ilə 135 milyon aktivini dondurub. Sezariya Ltd Sergey Yançukovun “”Maqneziya”” şirkətlər qrupuna daxildir. (T. İsmayılovun aktivlərinin dondurulması haqqında məhkəmə qərarının surəti “”Kommersant””-da var).
“”Maqneziya””nın beynəlxalq-hüquqi məsələləri üzrə baş direktoru Roman Zıkovun izah etdiyinə görə 2010-2011-ci illərdə Telman İsmayılov Kiprdə Tandum şirkətinin qeydiyyatı zamanı Sezariyadan ümumilikdə illik 10 faizlə 100 milyon dollar borc üçün iki müqavilə bağlanıb. Hər iki müqavilənin müddəti 2013-cü ilin sentyabrının 1-də bitib. 2013-cü ilin mayında cənab İsmayılov Sezariya qarşısında şəxsən borcun və faizin ödənməsini tələb edən sənəd imzalayıb. 2013-cü ilin dekabrında Tandum şirkətinin ünvanına vaxtı keçmiş borc və faizi ödəmək xahişi ilə məktub göndərilib. Zıkov hələ də puldan bir səs çıxmadığını bildirib. Telman İsmayılovun nümayəndəsi bunu şərh etməyib. Lakin biznesmenə yaxın dairədən olanların dediyinə görə Telman İsmayılov Sergey Yançukovun borcunun ödənməsi üçün vəsait axtarır.
Hazırda Sezariya məhkəmə çəkişməsini Londonun Beynəlxalq arbitraj məhkəməsində davam etdirmək istəyir. Müqavilədə mübahisəli məsələləri məhz o məhkəmədə həll etmək göstərilib.
“”Şikayət yaxın zamanlarda məhkəməyə veriləcək””- Roman Zıkov təsdiq edib.
Telman İsmayılov 180 min kvadratmetr sahəsi olan yeddiulduzlu Mardan Palace otelinin, Fransanın sahilində olan sarayın, Moskvada 3min kvadratmetlik sahəsi olan “”Safisa”” şadlıq sarayı, 90 yerlik “”AST Qof otel”” və Qaribaldi küçəsində yerləşən “”Marina”” ticarət mərkəzinin sahibidir. Onun əmlaknı Forbes jurnalı 750 milyon dollar məbləğində dəyərləndirib.
/Yenises.ru/“