Tillerson Lavrovla bağlı zarafat etdi: Ona tanqo oynamağa izn verilməyib


Tillerson Lavrovla bağlı zarafat etdi: Ona tanqo oynamağa izn verilməyib

“Lavrova tanqo oynamağa izn verilməyib. Rusiyada qərarları sadəcə bir adam qəbul edir””. Tillerson belə deyib.

ABŞ-ın dövlət katibi Reks Tillerson NATO ölkələri XİN başçıları ilə yemək zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun rəqsi ilə bağlı zarafat edib. Onun sözlərinin alqışla qarşılandığından Politico nəşri yazıb.

Tillerson toplaşanları inandırıb ki, Vaşinqton Şimaliatlantik alyansının prinsiplərinə sadiqdir. Nazirlərin naharında iştirakçılardan biri Rusiya və ABŞ münasibətlərindən danışarkən xatırladıb ki, “”tanqo üçün iki adam lazımdır””.

Buna Tillerson belə cavab verib: “”Əlbəttə, siz Rusiya ilə oynaya və hətta bunun hesabına nə isə qazana da bilərsiniz. Amma aydındır ki, siz Lavrovla oynaya bilməzsiniz, çünki ona rəqs etməyə izn verilməyib””. Dövlət katibi Rusiyada bütün qərarları bir adamın verdiyini nəzərdə tutub. Yəni söz sahibi bir adamdır.

/Yenises.ru/


Bir cavab yazın