Toni Bleer ukraynalı tələbələrə gəncliyində rok ulduz olmaq istədiyini etiraf edib


Toni Bleer  ukraynalı tələbələrə  gəncliyində  rok ulduz olmaq istədiyini  etiraf edib
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleer Dnepropetrovskdə tələbələrə bir saatlıq mühazirə oxuyub. Tanınmış siyasətçi etiraf edib ki, onu heç siyasət maraqlandırmırmış və gəncliyində rok- ulduzu olmaq istəyirmiş. Bu haqda Ukrayna KİV-i məlumat verib.

Onun sözlərinə görə ondan Mik Cagger çıxmadığı üçün həyatda yerini axtarmağa məcbur olub. Sonra 8 dəfə seçkilərdə uduzub. Onun birinci rəsmi çıxışı zamanı isə zalda 6 nəfər adam olub və onlardan biri sona yaxın mürgüləyibmiş.

“Bacarıqlı adamlar özlərinə inanaraq çətinlikləri üstələməyə güc tapır. Mən bütün həyatım boyu səhvlərimdən və yanış hesablarımdan öyrənirirəm –deyə tələbələrə yol göstərib.

Toni Bleer onu da etiraf edib ki, ilk mobil telefonu baş nazir postundan gedəndən sonra olub.

Xəbər verildiyi kimi Böyük Britaniyanın sabiq baş naziri səfəri çərçivəsində Dnepropetrovskdə “İnterpayt Stal” zavodunun açılışında iştirak edib, həmçinin Dnepropetrovsk ali məktəbləri tələbələri qarşısında “XXI əsrdə ölkələrin modernləşdirilməsi” mövzusunda mühazirə oxuyub.

/Yenises.ru/


Bir cavab yazın