“Toyda atəş” açan azərbaycanlıya cinayət işi açıldı


“Toyda atəş” açan azərbaycanlıya cinayət işi açıldı

Rusiya daxili işlər nazirliyi baş idarəsinin rəsmi saytında Toyda atəş açan azərbaycanlıya qarşı cinayət işi qaldırıldığı bildirilib.

18 yaşlı Seymur Nəbizadənin travmatik tapançadan 5 atəş açdığına görə onu 5 il həbs cəzası gözləyir. Onun təkrar tutulması məsələsi müzakirə olunur.

Xatırladaq ki, 12 noyabrda Akademik Anoxin küçəsindən keçən toy karvanı silah səsləri ilə müşaiyət olunmuşdu. Yol Hərəkəti Təhlükəsizliyi üzrə dövlət müfəttişliyinin tələbinə baxmayaraq toy karvanının iştirakçıları onlara məhəl qoymamış, polislər onları toyun keçirildiyi “Safisa” restoranının yanında saxlaya bilmişdilər. Nəqliyyat vasitəsini dayandırmadığına görə toyun səkkiz qonağına protokol tərtib edilmişdi. Seymur Nəbizadənin idarə etdiyi VAZ-2114 markalı avtomobildə isə iki qeydiyyatı olan travmatik silah, 50-yə yaxın patron, beysbol ağacı, qandal aşkar edilmişdi.

Qeyd edək ki oxşar hadisə Moskvada bu ilin sentyabr ayının sonunda qeydə alinib. Dağıstandan olan qonaqların toy maşın karvanında atəş açmaları böyük rezonansa səbəb olmuşdu. O zaman da hadisənin səbəbkarlarına qarşı xuliqanlığa görə cinayət işi açılmışdı.

/Yenises.ru/


Bir cavab yazın