Tramp qeyri-leqal miqrantların uşaqlarını ABŞ-dan “qovmayacaq”””
Tramp qeyri-leqal miqrantların uşaqları ABŞ-dan deportasiya ediləcəklərindən qorxmasındlar deyib. Amerika lideri onların qayğısına qalacağını vəd edib.
“Onlar narahat olmamalıdırlar””-deyə Tramp ABC telekanalına müsabihəsində belə deyib və qeyd edib ki, onun “”böyük ürəyi”” var, o, “”onların hamısının qayğısına qalacaq””.
Tramp onu da bildirib ki, bir ay ərzində özünün miqrasiya dəyişikləri planını təqdim edəcək.
O, həmçinin onu da əlavə edib ki, terrorçuların aktiv fəaliyyət göstərdikləri ölkələrdən ABŞ-a gələnlərə qarşı hərtərəfli yoxlamalar aparmaq istəyir, lakin bütün müsəlmanlar üçün qadağa olmayacaq.
“”Bir neçə dövlət istisna olmaqla, qalanlarına qarşı çox sərt yoxlamalar olacaq. Bura gəlmək çox çətinləşdiriləcək, indi bu çox asandır””-deyən Ağ Evin başçısı söhbətin hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb.
Bu ərəfədə ameikalı lider Meksika ilə aralarında divar tikilməsi ilə bağlı və qeyri-leqal miqrantlara qarşı siyasəti sərtləşdirən sərəncam imzalayıb. Divarın tikintisini həyata keçirtmək üçün 180 gün vaxt verib. Bununla yanaşı Tramp dəfələrlə Meksika ilə aralarını kəsəcək səddin tikinti xərclərinin qarşı tərəfin hesabına olacağını da demişdi.
Yenises.ru“