Tramp Rusiyaya qarşı sanksiyanı qaldırmaq “hələ tezdir”” deyir”


Tramp Rusiyaya qarşı sanksiyanı qaldırmaq "hələ tezdir" deyir
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyanın qaldırılması hələ tezdir deyib. Bu bəyanatı Böyük Britaniyanın baş naziri Tereza Meylə birlkidə keçirdikləri mətbuat konfransında səsləndirib.

Amerika liderindən -RF prezidenti Vladimir Putinlə danışıqlar olacaqmı və sanksiya məsələsinə toxunulacaqmı -deyə soruşublar. Tramp cavabında qeyd edib ki, Rusiya prezidenti ilə telefonla danışmaq planlaşdırılıb. “Baxaq nə çıxacaq. Sanksiyaya gəlincə, o haqda danışmaq hələ tezdir, lakin biz ümid edirik ki, bütün ölkələrlə yaxşı münasibətdə olacağıq””.

Tramp onu xatırladıb ki, Putinlə “”fantastik münasibətə”” ümid edir.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ prezidentinin məsləhətçisi Kellieynn Konuey Fox News televiziyasına müsahibəsində müxtəlif ölkələrlə münsibətlərin yaxşılaşdırılması konteksində RF-yə qarşı sanksiyanın ləğvi məsələsi müzakirə olunduğunu demişdi.

Kreml bu gün-yanvarın 28-i axşamı prezident Putinlə Tramp arasında telefon danışığının olacağını təsdiqləyib. Rusiya prezindeti şəxsən Donlad Trampı inauqurasiya münasibətilə təbrik etməyə hazırlaşır. Həmçinin liderlər Moskva və Vaşinqtonun ikitəfərli münasibətlərini müzakirə edəcəklər.

Yenises.ru


Bir cavab yazın