Türkiyə dövlət kanalı Ankaranın təsirinin genişləndiyi Krım və Kubanın xəritəsini göstərib


Türkiyə dövlət kanalı özünün təsir dairəsinə daxil olan ərazilərin xəritəsini göstərib. Bu da Rusiya mətbuatında rezonans doğurub. Aparıcı saytlar bu xəbəri geniş şəkildə yayıb.

 Türkiyənin TV 1 dövlət kanalı  efirində Ankaranın 2050-ci ildə təsir dairəsinin genişlənməsini proqnozlaşdıran   xəritəni göstərib.

Xəritəni Stratfor şirkəti hazırlayıb. Şirkətin proqnozuna görə 2050-ci  Türkiyənin  Yaxın Şərqdə, Litvada, Misirdə, Zaqafqaziyada, İraqda, Suriyada, Sədudiyyə Ərəbistanında, Kiprdə,  Yunanıstanda, Birləşmiş Ərəb Əmirliklərində, Yəməndə, Şimali Afrikada, Balkanlarda, Orta Asiya və keçmiş SSRİ-nin Asiya ölkələrinin bir hissəsində və Rusiyada təsir dairəsi genişlənəcək.

Türkiyənin təsir dairəsinə  Krım,  Şimali Qafqaz, Stavropol vilayəti, Kalmık, Rostov və Astarxan bölgəsində, Rusiyanın Avropa hissəsinin cənubundakı regionlar daxildir.

Bu ilin yanvar ayında  Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 5 ildə  respublika müdafiə layihələrinə maliyyəni 11 dəfə artırıb.

Yenises.ru


Bir cavab yazın