Türkiyə prezidenti Abdulla Gül Gezi Park olayıyla bağlı açıqlama verdi


Türkiyə prezidenti Abdulla Gül Gezi Park olayıyla bağlı açıqlama verdi
O, bu ölkə hamımızındır, onun imicini qorumaq da hamıya düşər. Dediniz, etiraz etdiniz, biz də öyrəndik, bildik və tələblərinizi araşdırıb yerinə gətirəcəyik –deyərək xalqı sakitləşməyə çağırıdı.

“Hər kəs öz ölkəsində özünü azad hiss etməsi lazımdır. Bu çərçivə içərisində demokratiya dedikdə bu demokratiya xalqın seçimi ilə ortaya çıxır. Amma demakratiya demək sadəcə seçim demək deyil. Bütün vətəndaşların anlamla hərəkət edəcəklərinə inanıram. Verilən bütün təkliflər oxunmuşdur,qeyd edilmiş, mesaj alınmışdır. Bütün vətəndaşlarımıza bu vəsilə ilə sevgilərimi çatdırıam”-deyə danışdı.

Ölkə başçısı onu da qeyd edib ki, Türkiyə demokratiyaya inanan və onun qaydalarını qorumağa çalışan bir ölkədir. Hüququn üstünlüyünə inanan bir ölkədir. Məhkəmə qərarlarını daha bir üst məhkəmədə etiraz edə biləcək, etiraz yollarının aşıq oldugu bir ölkədir. Dolayısıyla bütün bu qaydalar qərb demokratiyası standartları çərçivəsində olandır. İlk əvvəl bunun bilinməsini istəyirəm. Türkiyədə hər kəsin düşüncəsi, fikirləri və inanclarına hörmətlə yanaşılır. Bu hörmətin qarşılıqlı olması gərəkdir”.

O vətəndaşalrı bu nöqtədən sonra diqqətli olmağa çağıraraq, “Təcrübələr göstərir ki, bu cür kütləvi hadisələrdə qeyri-leqal qruplar dövrəyə girər və toplumu çox yanlış yola apararlar. Buna müsaidə etmək olmaz. Hər kəs qaydalara uymalı, bir etirazları varsa dinc şəkildə dilə gətirilməlidir ki, bunu da etdilər. Bundan sonra heç kimin qəbul etməyəcəyi imicimizi zədələyən davranışlara da heşmüsaidə etməmək gərəkdir”-deyə söylədi.

Prezident Abdulla Gül onu da vurguladı ki, “Bunu unutmayın ki, bir ölkənin imicini yaratmaq asan deyil. Hamımız bərabər Türkiyə olaraq 10 il içərisində, çalışdıq, uğraşdıq və türk iqtisadiyyatını, türk imicini daxildə və xaricdən üst nöqtələrə gətirdik. Bunun zədələnməsi heç kimə fayda verməz. Hamımıza zərər verər. Ölkə hamımızındır və ona sahib çıxmamız gərəkdir”-dedi.

/Yenises.ru/


Bir cavab yazın