Türkiyədə rus və türk dillərində “Business Eurasia” adlı iqtisadi jurnalı nəşr olundu


Türkiyədə rus və türk dillərində  “Business Eurasia” adlı   iqtisadi jurnalı  nəşr olundu
Avrasiya iqtisadiyyatının gündəmini izləyəcək, orada baş verən yenilikləri araşdıracaq regional jurnal iki dildə nəşrə başladı.

Türkıyədə iş dünyasından bəhs edən rus və türk dillərində olan «Business Eurasia» jurnalının birinci nömrəsi işıq üzü görüb.
Bu haqda haberler.com saytına jurnalın baş direktoru Harun Yazıcı məlumat verib.

Harun Yazıcı jurnalın Avrasiya qitəsinin iki qədim dövləti Türkiyə və Rusiya başda olmaqla, bu dillərin danışıldığı digər coğrafiyaların iş dünyası və iqtisadiyyatının nəbzini tutaraq, orada baş verən yeniliklərləri oxculara çatdıracağını bildirib.

“Əsas məqsədimiz yayım siyasətinə uyğun olaraq hədəfimizdə olan ölkələrlə ticarət münasibətlərinə yeni məzmun qatmaqdır”.

Harun Yazıcı onu da qeyd edib ki, jurnal Avrasiya qitəsi ölkələrində ticarətlə məşğul olmaq, iş yerləri açmaq istəyənlərə də vasitəçilik missiyasını həyata keçirməyi planlaşdırır.
Jurnalın əsas ünvanı Ankarada yerləşir. Mütamədiliyi isə iki ayda bir dəfə olaraq nəzərdə tutulub- baş direktor-açıqlamasında deyib.

Harun Yazıcı səmimi kollektivdən ibarət jurnal heyətini təbrik edərək, onlara uğur diləyib.

Yenises.ru


Bir cavab yazın