Türkiyədə terrora cəhddə şübhəli bilinən rusiyalı saxlanıldı


Türkiyədə terrora cəhddə şübhəli bilinən  rusiyalı  saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanı əməkdaşları ABŞ hərbi hava qüvvələri təyarəsinə silahlı hücum hazırlamaqda şübhəli bilinən ruisyalı Rinat Bakiyevi saxlayıblar. Bu hada Trükiyənin “Sabah”” qəzetinə istinadən RİA Novosti məlumat verib. Bundan başqa Türkiyə Bakiyevin guya ki, “”İslam dövləti”” terror qrupu ilə əlaqədə olduğunu təsdiq edir. Hazırda Rusiyanın Türkiyədəki səfirliyində onun saxlanılması və günahkar olması haqqında məlumat dəqiqləşdirilir.

Əldə olam məlumata görə türk polisləri rusiyalının “”Telegram”” messencerindən yazışmalarını aşkar ediblər. Bakiyevlə İQ üzvü arasında Türkiyənin cənubunda yerlşən NATO aviabazasındakı Amerika təyyarələrini vura biləcək pilotsuz təyyarə almaq haqqında danışıq olub. Türkiyə mediasının verdiyi xəbərdə o da bidirilir ki, rusiyalı kirayələdiyi velosipedlə kəşfiyyat məqsədilə bir neçə dəfə həmin rayondan keçib.

Yerli Habertürk telekanalı qeyd edib ki, əgər ABŞ təyyarəsini vurmaq planı boşa çıxardısa, Bakiyev Pentaqon zabitlərinin toplaşdığı yerdə terror törətməyi planlayıbmış.

Bundan əvvəl türk polisləri onu Suriya ilə sərhəddi keçmək istəyəndə saxlamışdılar. Sonra o, ölkədən deportasiya olunub, lakin hər hansı şəkildəsə geri qayıda bilib.

Yenises.ru


Bir cavab yazın