Türkiyədən keçən İraq neft kəməri partladılıdı


Türkiyədən keçən İraq neft kəməri partladılıdı

Türkiyə ərazisindən keçib Aralıq dənizi limanına neft ixrac edən Kərkük-İraq neft kəməri Mardində partladılıb. Bunun kürd silahlıları tərəfindən törədildiyi ehtimal edilir.

Hesablamalara görə uzunluğu min kilometrə yaxın olan neft kəmərinin bərpası üçün ən azı on gün vaxt lazım olacaq. İxrac Ceyhan limanındakı ehtiyat hesabına həyata keçiriləcək.

Neft kəmərinin zədələnməsi bu ildə ikinci dəfədir baş verir.İyulda da kürd silahlıları tərəfindən boru xətti patladılmışdı. Kəmər bu dönəmdə sutkada 450-dən 500 barrelə qədər neft nəql edirdi.

Neft ixracatı İraqın demək olar ki, dövlət büdcəsini dolduran başlıca mənbə hesab edilir. Kərkük-Ceyhan neft borusu ilə ümummilli neftin 20 faizi daşınır. İyulda İraq neftin satışından 7,5 milyadr dollar gəlir əldə edib.

Kürdlərin hücumundan başqa boru xəttini dəfələrələ İraq dövəltinə qarşı partizan müharibəsi aparan sünni-ərəblər də dağıdıblar.

/Yenises.ru/


Bir cavab yazın