Türkiyənin Elazığ bölgəsində güclü zəlzələ baş verib
Elazığda zəlzələ nəticəsində ölənlərin sayı artır.
Türkiyə, dünən axşam saat 20.55 radələrində Elazığdan gələn zəlzələ xəbəriylə sarsıldı. Kandillidən veriən məlumatlarına görə Elazığda baş verən zələzələ 6.8 bal gücündə olub. Kilisdən Samsuna İraqdan Suriyaya qədər çox böyük bir bölgədə hiss edilən zəlzələ Elazığ və Malatyada dağıntılar yaradıb. İlkin xəbəbrlərdə zəlzələdə i 18 nəfər ölmüş, 555 nəfər yaralanmışdır. Zəlzələ sonrası yeraltı təkanlar 97 dəfə təkrar olunub. Təbii fəlakət bölgəsinə yollanan daxili işlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ətraf və şəhərsalma üzrə naziri Murat Kurum, Elazığdakı zəlzələdən sonra açıqlama veriblər.
Nazir Soylu, “İndiyə qədər Malatyada 5 və Elazığda 10 adam öldüyünü bildirib. O, Elazığda 30 vətəndaşın axtarış və xilasetmə işləri davam etdiyini də qeyd edib. Səhiyyə naziri Fahrettin Koca, “”Ağır yaralılardan üçünün Malatyadan, ikisinin Elazığdan olduğunu deyib. . Ölü sayının artacağı da verilən xəbərlər sırasındadır.
Son məlumatlara görə Elazığda 2 nəfər infarktan , 13 nəfər isə zəlzələnin dağıntıları nəticəsində həyatını itirib. Malatyada isə ölü sayı 5 nəfərdir.
Yenises.ru“