Türkiyənin “ENKA” şirkəti qanunsuz miqrant cəlb etməkdə suçlana bilər
RF DİN mətbuat xidmətinin məlumatında dünən (28iyun) Moskvanın cənub-şərq dairəsində 1400 miqrantın məskunlaşdığı qanunsuz miqrant yataqxanası aşkar edildiyi bildirilir.
Polislər aydınlaşdırıblar ki, Novoxoxlovskaya küçəsi 13 ünvanında Türkiyənin “ENKA” fimasına məxsus ticarət-mədəni tikinti kompleksi xarici vətəndaşlar üçün yataqxana inşa edib.
Reyd nəticəsində 1380 xarici vətəndaş polis şöbəsinə gətirilib. Onların şəxsiyyətini müəyyən etməklə, əvvəllər baş vermiş cinayətlərdə iştirakları olub-olmaması yoxlanılır. Rusiyaya gediş və gəlişlə bağlı inzibati qaydanı pozmaya görə 1310 nəfər barəsində protokol tutulduğu haqqında da məlumat olduğunu qazeta.ru qeyd edir.
Hazırda RF CM-nin 322-ci maddəsinin 1-ci hissəsi ilə (qanunsuz miqrasiyanın təşkili) cinayət işi qaldırılması məsələsinə baxılır.
/Yenises.ru/