Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım: Ermənistan öz-özü ilə üzləşməkdən qorxur…
Ermənilərin qondarma soyqırımı tanıtma “marafonu” sabah Yerevanda gerşəklişdiriləcək tədbirlə kulminasiyasına çatacaq. Bu ərəfədə Roma Papasının “soyqırımı tanıması” mesajı bir çox dünya ölkələrinin parlamentlərində bu məsələnin gündəmə salınmasına bir növ təkan oldu. Son diqqətçəkən məqamlardan biri isə Rusiya prezidenti Putinin Yerevanda keçirilən “100-cü ildönümü tədbirinə” qatılma qərarıdır. Rusiyanın bu addımı onun Ermənistana düşmən olan ölkələrlə münasibətlərinə hər hansı bir yöndən təsir edəcəkmi? Qondarma soyqırımında ittiham olunan Türkiyə siyasiləri nə fikirdədir? Sabah aprelin 24-də Türkiyədəki aydınların da bu ildönüm tədbirinə dəstək olaraq küçələrə çıxacağı və hökümətin buna izin verməsi haqqında rus keşişi Dmitrinin verdiyi xəbər nə qədər həqiqətə uğundur? “Ermənilərin soyqırımı” məsələsinin Avropa parlamenti səviyyəsində və eləcə də dünyanın bir çox ölkələrinin parlametlərində müzakirəyə çıxarılmasını onun diasporunun “ bacarığı” kimi qiymətləndirmək olarmı? Və nəhayət, bütün bunların fonunda Ermənistanla sərhədləri bağlı olsa belə, hava uçuşları, “çanta alveri”deyilən ticarət, işçi ilişkilərinə açıq olan Türkiyənin bu nəfəsliyi bağlama ehtimalı varmı? Qondarma erməni soyqırımından qaynaqlanan bu suallara aydınlıq gətirmək üçün Yenises.ru saytının baş redaktoru Tünzalə Vəliqızı Türkiyə Cümhuriyyətinin Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ümid Yardıma müraciət edib. Türkiyənin Rusiyadakı diplomatik korpusunun başçısı jurnalistlə söhbətində gündəmin əsas mövzusunu aşağıdakı şəkildə dəyərləndirib:
– Biz “Türkiyə və soyqırım” deyilən bağlantını tamamən, qəti şəkildə rədd edir, qəbul etmirik. Bu mövzu çox geniş və dərindir. Zaman-zaman prezidentimiz, baş nazirimiz, digər yetkililərimiz səviyyəsində bu mövzu ilə bağlı danışılıb, topluma son dərəcə əhəmiyyətli mesajlar verilib. Əlsində mövzu 1915-ci il deyil. Topluma verilən mesajlarda bildirilir ki, 1915-ci ildən əvvəl və ya sonralarda bu bölgədə yaşanan acı olaylar varsa, onun ən çox zərər çəkənlərindən biri elə müsəlman türk xalqıdır. Bunu söylərkən təməl arqumentlərimizdən biri də odur ki, mövzunu tarixçilər, akademiklər araşdırsınlar, gərəkirsə illərlə çalışsınlar və bir tablo ortaya çlıxartsınlar. Onun sonucunu siyasətçilər dəyərləndirsinlər. 2005-ci ildən bəri biz Türkiyə Cümhuriyyəti olaraq bunu söyləyirik. Ümumi və geniş şəkildə, hətta istərsələr Rusiya və ya digər öbyektiv ölkələrin də bu araşdırma prosesinə qatılmasının tərəfdarıyıq. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür geniş çalışmanın sonucundan qorxduğu üçün, özü-özü ilə üzləşmək istəmir. Sabah Yerevanda keçirilən tədbir də, uzun illər o dövrdə baş verən olaylarda təkcə ermənilərin zərər gördüyünü oz siyasi maraqlarına alət eməklə apardıqları təbliğatın davamıdır. Sanki başqa xalqlar bundan ziyan görməmiş kimi qələmə verirlər. Rusiya dövlət başçısı cənab Putinin Yerevana gedəcəyi məsələsinə gəlincə, bu onların öz təqdirləridir. Mənim bu mövzuda hər hansı bir açıqlama və ya qiymət verməyim doğru olmaz.
Təbii, biz Rusiya-Türkiyə əlaqələrinə böyük əhəmiyyət veririk. Bizim Rusiya ilə əlaqələrimiz sovetlər dağılandan sonra başlayıb. 25 ildə xeyli yol qət edib bu günə gəlmişik. Biz bu ilişkilərin belə sürməsi gərəkdiyinə inanır və bunu bütün sahələrdə təkcə bu gün üçün deyil, önümüzdəki illərə, 10, hətta 100 illərə hesablanmış əlaqələr sistemi kimi görürük. Rusiyanın bu əlaqələrə zərər verəcək gedişləri açıq deyim, bizi üzəcəkdir. O baxımdan Rusiyanın bizim həssas olduğumuz bu mövzuda “Türklər bu mövzuda nə düşünər”-deyə buna diqqət verəcəyinə inanıram.
Anım tədbirinin Türkiyədə keçirilməsi və bəzi aydınların buna qoşulacağı ilə bağlı deyim ki, Türkiyə azad, liberal, demokrat və açıq ölkədir. Bizdə fəqrli fikirləri dilə gətirənlər cəzalandırılmaz. Ermənistan Cəza qanununda dövlətin fikirlərindən başqa fikirləri dilə gətirənlərin orada yaşaması, həyatını sürdürməsi mümkün deyil. Ermənistanın üz-üzə olduğu ən böyük sıxıntısı elə budur.
Türkiyə bu mövzuda şəffafdır. Fərqli düşünən marginal qruplar da ola bilər. Danışsınlar, fikir bildirsinlər, etirazımız yoxdur. Nəticə etibarilə, Türkiyədə millətin əksəriyyəti soyqırım mövzusunda nə oldugunu bilən, inamında tərəddüd etməyənlərdir. Kiçik bir radikal, marginal qrupun fikri bu lövhəni dəyişməz.
Vatikanın, dini adamlarının o dəyərlər təməlində siyasi mövzulara baxışlarının doğru olacağına ümid edirik. Biz bu qənaətdəyik, bunu gözləyirik. Onların vəzifəsi qızışdırmaq, təbliğat aparmaq deyil. Din adamları mövzulara belə baxdıqları dönəmdə Afrikada, Latin Amerikasında hansı qətliamların yaşandığını, insan kütlələrinin tarixdən silindiyini ən yaxşı Vatikan bilir. Biz Vatikanın bu mövzularda keçmişini yaxşı bilirik. Vatikan da bunu yaxşı bilir. Bu mövzuda barışa, rifaha, uca peyğəmbərlərin gətirdiyi mesajların altını cızan, onlara söykənən mesajlar verməsi doğru olar. Əks təqdirdə, nə inancları, nə dini dəyərləri ilə tarixdə yaşananlarla əlaqəsi olmayan bir tablo ortaya çıxar. Bunun nəticəsi də çox acınacaqlı olar.
Bu gün yaxınlaşmağa, anlaşmaya, mədəniyyətlərin birləşməsinə yönələn təşəbbüslər var. Bu olmadığı təqdirdə sıxıntılar artar. Onsuz da dünyanın hər yerində etnik, dini və ya başqa zəmində savaşlar yaşanır. Bu vəziyyəti aradan qaldırmaq üçün din adamlarının, Vatikan kimi əhəmiyyərli dini mərkəzlərin nə söylədiklərini çox yaxşı bilmələri lazımdır. Əks təqdirdə sıxıntılı tabloda ortaya cıxan durumun məsuliyyətinə cavabdehlik onların üzərlərinə düşəcək.
Ermənistana münasibətdə, bizim normal insanlarla bir problemimiz yoxdur. Sabah dədələrini itirənlər varsa, gedib kilsədə dua edəcəklər. Fəqət Ermənistan və diasporun bəzi ünsürləri buna anlayışla yanaşmırlar.
Bunların siyasi xəttlərində ən sıxıntılı nöqtə Xocalıdır. Xocalıda baş verən qətliamın cavabdehi Ermənistan və onun bugunku liderləridir. Bu həqiqətdir. Xocalı tarixə keçib. Orada insanlıq qətliamı yaşandığına kimsənin şübhəsi yoxdur.
Türk-erməni əlaqələrinin gələcəyi haqqında fikir bildirmək çətindir. Önümüzü görə bilmirik. Dünyanın hansı ölkəsində ona qarşı bu dərəcə düşmən münasibətində olana sərhəd açar və ya başqa addım atarlar?! Belə bir örnək varmı? Ermənistanda Türkiyənin bu xoş niyyətinə rasional dəstək verən yoxdur.
Mən bu gün erməni diasporu üçün “başarılı” ifadəsini işlətmək istəmirəm. Azərbaycan və Türkiyənin Rusiyada və dünyada güclü diasporları, səriştəli rəhbərləri var. Sadəcə onların bu günlər baş verənləri yaxşı dəyərləndirməsi lazımdır. Sadəcə dövlət yetkililərinin deyil. Dövlət işində işləməyənlər, ziyalılar, bilim adamları yaxşı düşünsünlər. Diaspordakı fəalların aprel ayında baş verənləri düşünüb irəlidə buna uyğun addım atmaqlarında fayda var deyə bilərəm.
Tünzalə Vəliqızı,
Yenises.ru