Ukrayna höküməti bütün heyəti ilə istefaya getdi


Ukrayna höküməti  bütün heyəti ilə istefaya getdi
Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir Nikolay Azarovun və bütünlükdə nazirlər kabinetinin istefasini qəbul edib. Sözügedən fərmanı prezident bu gün imzaladığı haqqında onun rəsmi saytında məlumat verilib. Fərman çap ounduğu gündən qüvvəyə minir.

Baş nazir Ali Radaya seçkilərdə xalq deputatı seçildyi üçün istefa verməli olub.

Ukrayna qanununa görə Mərkəzi seçki komissiyası deputat mandatı verməyə 20 gün qalmış millət vəkili seçilənlər əvvəlki iş yerlərindən azad olunmalıdırlar. Nikolay Azarov da bu qanuna uyğun olaraq baş nazir vəzifəsindən istefa edib. Baş nazirlə bilikdə nazirlər kabineti də bütünlükdə istefaya gedib.

Naizrlər kabinetinin yeni tərkibi seçilənə qədər onlar müvəqqəti olaraq işlərini icra etməyə davam edəcəklər.

/Yenses.ru/


Bir cavab yazın